Icma.az
close
up
RU
Britaniya mövqeyini dəyişir Starmerdən gözlənilməz açıqalma AzPolitika onlayn siyasiictimai qəzet

Britaniya mövqeyini dəyişir Starmerdən gözlənilməz açıqalma AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenskinin son müsahibələrində və açıqlamalarında sülh naminə güzəştlərə meylli olduğunu göstərməsi fonunda Ukraynanın tərəfdaşlarının da ritorikasında dəyişikliklər sezilməyə başlayır.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, indiyə qədər Ukrayna məsələsində daha cəsarətli və qətiyyətli mövqeyi ilə seçilən, Rusiyaya hər hansı güzəştləri rədd edən Böyük Britaniya Moskva ilə sülhün mümkünlüyü barədə siqnallar verir. “Reuters”-in məlumatına görə, Britaniyanın Baş naziri Keir Starmer Rusiya ilə sülh danışıqlarının Ukraynada müharibəyə son qoya biləcəyini deyib. O qeyd edib ki, Ukraynanı sülh danışıqlarında ən yaxşı mövqeyə gətirmək üçün ona dəstəyi gücləndirmək lazımdır.

Bununla yanaşı, Starmer Rusiyanın Ukraynadakı qələbəsinin Avropanın təhlükəsizliyini, sabitliyini və rifahını təhlükə altına atacağı, xüsusən də Rusiyanın müttəfiqlərini cəsarətləndirə biləcəyi barədə xəbərdarlıq edib: "Biz Ukraynaya dəstəyi davam etdirməli və lazım olan müddət ərzində onun özünümüdafiəsi üçün mühüm olan hər şeyi etməliyik. Ukraynanı mümkün olan ən güclü danışıqlar mövqeyinə çıxarmaq lazımdır ki, onlar öz şərtləri əsasında ədalətli və davamlı sülhü, təhlükəsizliyi, müstəqilliyi, öz gələcəklərini özlərinin müəyyən etməsini təmin etsinlər”.

“Reuters” hökumətdəki mənbələrə istinadla yazır ki, bu, Britaniya hökumətinin sülh üçün danışıqları nəzərdə tutan ilk konkret açıqlaması sayıla bilər. Çünki Starmer əvvəlki şərhlərində demişdi ki, müharibə yalnız Rusiya Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini tərk etdikdə bitməlidir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Dekabr 2024 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see139

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see134

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see131

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see130

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see130

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri