Britaniya polisi: Terror təşkilatı PKKya qarşı çox ciddi iddiaları araşdırırıq
Icma.az bildirir, Aznews.az portalına istinadən.
İngiltərə polisi terror təşkilatı PKK-ya qarşı apardıqları istintaqda "çox ciddi" iddiaları araşdırdıqlarını açıqlayıb.
London Böyükşəhər Polisindən verilən açıqlamada terror təşkilatı PKK ilə əlaqəsi olduğu şübhəli bilinən fəaliyyətlərlə bağlı Terrorla Mübarizə İdarəsi tərəfindən aparılan istintaqın davam etdiyi və 7 nəfərin hələ də saxlanıldığı bildirilib.
Bəyanatda qiymətləndirmələri yer alan Terrorla Mübarizə Direktoru vəzifəsini icra edən Helen Flanaqan, "Araşdırmalarımız davam edir və çox ciddi iddiaları araşdırırıq",- deyə bildirib.
London polisindən verilən açıqlamada, Terrorla Mübarizə İdarəsinin 27 noyabr çərşənbə günü səhər saatlarında paytaxtın müxtəlif ünvanlarında əməliyyatlar həyata keçirdiyi bildirilib.
Açıqlamada terror təşkilatı PKK-ya qarşı aparılan istintaq çərçivəsində 2-si qadın olmaqla 7 nəfərin saxlanıldığı qeyd edilib.
Açıqlamada, axtarışların aparıldığı ünvanların ətrafının piyada və nəqliyyat vasitələrinin hərəkətinə bağlandığı paylaşılıb, bölgədə polis və patrulların sayının artırılacağı açıqlanıb.
Mövsüm
AzNews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 29 Noyabr 2024 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















