Zelenski Londonda onlarla görüşəcək
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 8-də Londona səfəri zamanı Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Mertslə görüşəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Independent” nəşri məlumat yayıb.
Qəzet görüşdə əsas müzakirə mövzusunun sülh yolu ilə nizamlanma, həmçinin Ukrayna üçün təhlükəsizlik zəmanətləri mövzusunda Vaşinqton və Kiyev arasında aparılan danışıqlar olacağını qeyd edir.
Xatırladaq ki, dekabrın 3-nə keçən gecə Rusiya lideri Vladimir Putin, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner arasında danışıqlar baş tutmuşdu. Görüşdə tərəflər Amerikanın sülh planı ilə bağlı kompromis tapa bilməmişdilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 06 Dekabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















