Icma.az
close
up
RU
Britaniya səfirindən fransızsayağı addım Ermənistandakı ingilis diplomat Gorusa niyə gedib?

Britaniya səfirindən fransızsayağı addım Ermənistandakı ingilis diplomat Gorusa niyə gedib?

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Böyük Britaniyanın Ermənistandakı səfiri Con Gallegerin aprelin 20-də Gorusa səfərində iki məqam diqqətçəkicidir.

Birinci məqam odur ki, eyni gündə Fransanın Ermənistandakı səfiri Olivye Dekoti də Gorusda olub. Bu o səfirdir ki, tez-tez Azərbaycan əleyhinə açıqlamalar verir. Belə bir təəssürat yaranıb ki, Böyük Britaniya və Fransa səfirləri Ermənistan - Azərbaycan sərhədinə yaxın ərazilərə səfərlərini razılaşdırıblar.

Böyük Britaniya səfirinin sərhədə yaxın əraziyə səfəriylə bağlı ikinci məqam isə Con Gallegerin Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası ilə görüşməsidir. Avropa İttifaqının Ermənistandakı müşahidəçi missiyasının tərkibində ingilis diplomatlar və hərbçilər yoxdur. Belə olan halda Böyük Britaniya səfirinin həmin missiya ilə görüşü hansı zərurətdən yaranıb?

Böyük Britaniyanın səfiri müşahidə missiyasının üzvləri ilə görüşdə belə bir açıqlama verib: “Avropa İttifaqının monitorinq qrupu ilə çox faydalı görüş keçirdim. Onlar öz mandatlarını necə yerinə yetirdiklərini və sərhəd icmalarında etimadı necə yaratdıqlardan danışdılar. Sünikdəkilərin dinc şəraitdə yaşamaq və işləmək hüququ var”. Sonuncu cümlə də diqqətçəkicidir. Səfir “Sünikdəkilərin dinc şəraitdə yaşamaq və işləmək hüququ var” cümləsi ilə kimə işarə edib? Görəsən, səfirin fikrincə, kim və ya kimlər Sünikdəkilərin dinc şəraitdə yaşamasına və işləməsinə mane olur?

Səfirin Ermənistan - Azərbaycan sərhədini ziyarəti və Avropa İttifaqının müşahidə missiyasi ilə görüşü böyük ehtimalla Londonun təlimatıyla həyata keçirilib, sadəcə Böyük Britaniya Xarici İşlər Nazirliyinin belə bir qərarının məntiqini anlamaq çətindir.

Xarici ölkə diplomatlarının Ermənistan - Azərbaycan sərhədinə səfərləri və orada müşahidə missiyası ilə görüşləri Azərbaycanda narazılıqla qarşılanır və bunu Bakı ilə tərəfdaşlıq münasibətləri olan London bilməmiş deyil. Çünki Ermənistan tərəfdən sərhədimizə yaxın ərazilərə təşkil olunan səfərlər belə bir təəssürat yaradır ki, guya Azərbaycan Ermənistanın həmin ərazisinə təhlükə yaradır. Bu isə Azərbaycan əleyhinə siyasətin tərkib hissəsidir.

Böyük Britaniyanın Azərbaycandakı səfirinin müşaviri və hərbi attaşesi aprelin 18-də digər səfirlər və hərbi attaşelərlə birgə Xankəndi və Şuşada olublar. 

Görünür, London Ermənistandakı səfirini sərhədə yaxın əraziyə göndərməklə Azərbaycandakı diplomatlarının Xankəndinə və Şuşaya səfəri ilə “balans” yaratmaq istəyib. Ancaq Böyük Britaniyanın Ermənistandakı səfirinin səfər proqramı fərqli olub.

“Atlas” Araşdırmalar Mərkəzi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Aprel 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see135

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see124

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri