Britaniya Şənlik Şükürovu sanksiya siyahısına salıb
Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Böyük Britaniya Rusiyanın müdafiə şirkətləri və fabriklərinə qarşı sanksiyalar tətbiq edib
Rusiya müdafiə sektorunun şirkət və müəssisələri Böyük Britaniya tərəfindən yeni sanksiyalar paketinə daxil edilib. AYNA.AZ xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin yaydığı sənəddə qeyd edilib.
Bu şirkətlər “qara siyahı”ya salınıb: “Anozit”, “Proton”, “Sinvent”, “Elekond”, “NPO Poisk”, “Soliton”, “Texnodinamika”, “Ruspolimet”, “Bin Yin”, Rusiya Güclü Radiotexnika İnstitutu, SSRİ-nin 50 illiyi adına Bryansk Kimya Zavodu, “Mezon” və “Rekond” zavodları, “Redkinski Plantski Experimental”, “Sarakh Planka”, “Radiopult”, Mıtişçi Cihazqayırma Zavodu və İkar Konstruktor Bürosu.
Yelena və Aleksey Malitski də daxil olmaqla ayrı-ayrı şəxslərə qarşı sanksiyalar tətbiq edilib. Onların Çinin “Shenzhen Blue Hat International Trade” şirkətinin ortaq sahibləri olduğu bildirilir.
Məhdudiyyətlər Türkiyənin “Mastel Makina” şirkəti ilə əlaqəsi olduğu iddia edilən Azərbaycan vətəndaşı Şənlik Şükürova da aiddir. Adıçəkilən şirkətlər də sanksiyalara məruz qalıb.

