Britaniyada iqlim dəyişikliyinə görə bəzi tərəvəzlərin qıtlığı gözlənilir AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
London, 15 yanvar, AZƏRTAC
Böyük Britaniyada brokoli və gül kələmi kimi əsas tərəvəzlərin bu mövsüm qıtlığı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə fermerlər açıqlama verib.
Bildirilib ki, iqlim dəyişikliyi məhsul istehsalına ciddi təsir göstərir. Payız və qışda müşahidə olunan mülayim temperatur məhsulların vaxtından əvvəl yetişməsinə səbəb olub. Bununla da, adətən yaz mövsümündə yığılan məhsulların sayı azalıb. Eyni zamanda, qitədən tərəvəz idxal etmək də çətinləşib. Əsas istehsal bölgələrində baş verən daşqınlar fermerlərin vaxtında əkin etməsinə mane olub və bu, yaz məhsulu üçün ciddi problemlər yaradıb.
Bu vəziyyət Böyük Britaniyada apreldən iyun ayının əvvəlinə qədər ölkədə az məhsulun toplandığı müddətin uzanmasına səbəb olacaq.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 15 Yanvar 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















