Icma.az
close
up
RU
Britaniyada yaşayan azərbaycanlı cərrah COP31 də rəsmi panelə moderatorluq edir

Britaniyada yaşayan azərbaycanlı cərrah COP31 də rəsmi panelə moderatorluq edir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 10 noyabr, AZƏRTAC

Böyük Britaniyada yaşayan tanınmış azərbaycanlı uşaq cərrahı, Azərbaycan–Böyük Britaniya Peşəkarları Assosiasiyasının (AABP) təsisçisi və sədri İlhamə Cəfərli Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin COP31 İqlim Sammitində ölkəmizi təmsil edir.

AZƏRTAC- xəbər verir ki, İlhamə Cəfərli qlobal sammit çərçivəsində “İqlim dəyişikliyi, dayanıqlı infrastruktur və insan inkişafı” mövzusunda keçirilən rəsmi panel sessiyasına moderatorluq edir.

Londonda keçirilən İqlim Fəaliyyəti Həftəsi və Bakı İqlim Həftəsindəki çıxışlarının davamı olaraq, azərbaycanlı mütəxəssis bu dəfə beynəlxalq platformada iqlim dəyişikliklərinin səhiyyə və insan inkişafına təsirlərinin müzakirəsinə rəhbərlik edir.

Paneldə beynəlxalq ekspertlər, o cümlədən professor Atilla Şenaylı, Fəqan Həsənzadə və doktor Ulduz Tuğba Qara iştirak edirlər. Müzakirələrdə iqlim böhranının səhiyyə sistemlərinə, dayanıqlı xəstəxana infrastrukturuna və insan biologiyasına təsirləri, bu sahədə elmi yanaşmalar və innovativ həllər diqqət mərkəzindədir.

Qeyd edək ki, Böyük Britaniya Kral Cərrahlar Kollecinin məzunu və Amerika Cərrahlar Kollecinin Təhsil Komitəsinin üzvü olan İlhamə Cəfərli İngiltərənin nüfuzlu “Worshipful Company of Educators” cəmiyyətinə qəbul edilən ilk azərbaycanlı həkimlərdəndir.

O, rəhbərlik etdiyi AABP platforması vasitəsilə Azərbaycan Tibb Universiteti ilə əməkdaşlıq edir, Böyük Britaniyanın elmi və peşəkar təcrübəsinin, eləcə də iqlim və səhiyyə sahəsində innovasiyaların ölkəmizdə tətbiqinə töhfə verir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Noyabr 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see466

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see307

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see305

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see297

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see243

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see240

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see227

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see227

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see222

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see219

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see215

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see213

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see209

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see208

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see206

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see198

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see193

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see190

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see188

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri