Icma.az
close
up
RU
Britaniyalı analitik: Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür

Britaniyalı analitik: Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşması mümkündür, aralıq mərhələdə tərəflər sülh müqaviləsinin mətninin artıq razılaşdırılmış 15 maddəsini paraflaya bilərlər.

Bu barədə “Report”a açıqlamasında Britaniyadan olan analitik, jurnalist Onnik Krikoryan bildirib.

Onun sözlərinə görə, bəziləri hesab edir ki, Bakı və İrəvan arasında "soyuq sülh" yarana bilər ki, bu zaman döyüş əməliyyatları olmayacaq, lakin qarşılıqlı əlaqə və əməkdaşlıq məhdud qalacaq, hərçənd zamanla tədricən yaxşılaşacaq.

"Lakin normallaşma prosesi daha çox vaxt apara bilər. Hazırda əsas vəzifə heç olmasa qismən normallaşmaya nail olmaqdır. Şəxsən mən bu məsələdə böyük ümid bəsləyirəm. Mən Qarabağ münaqişəsini 1994-cü ildə, ilk dəfə regiona səfər edəndə işıqlandırmağa başlamışam. Həmin tarixdən 30 il keçib, şübhəsiz ki, vəziyyəti qaydaya salmağın vaxtı çoxdan çatıb. Bununla belə, mən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Stiv Mannın 2005-ci ildə dediyi sözləri xatırlatmaq istərdim. Sülh sazişinə nail olmaq müddəti barədə soruşulanda o, qısaca cavab vermişdi: "Ya bu il, ya da növbəti 100 il ərzində". Bu sözlər hələ də yaddaşımdadır", - jurnalist bildirib.

Analitikin fikrincə, normallaşma prosesi qeyri-müəyyən olaraq qalır və çox şey cari qlobal siyasi vəziyyətdən asılıdır.

"Görünür, hər iki tərəf Donald Trampın Ağ Evə köçməsini gözləyir. Digər tərəfdən, Bayden administrasiyası bu ilin sonuna qədər sülh sazişinin imzalanmasını çox istəyir. Lakin Trampın mövqeyinin necə olacağı və bu prosesdə iştirak etməyi zəruri hesab edirmi hələ məlum deyil", - O.Krikoryan qeyd edib.

Analitik vurğulayıb ki, Ermənistanda ən geci 2026-cı ilin iyununda keçirilməli olan parlament seçkilərinə qədər sülh sazişinin imzalanması üçün baş nazir Nikol Paşinyanın komandasının fəaliyyəti vacibdir.

"Hesab edirəm ki, Paşinyan bu vaxta qədər sülh sazişini imzalamalıdır. Bundan əlavə, o, yəqin ki, 2027-ci ildə yeni konstitusiyanı referenduma çıxarmağa ümid edir. Əgər referendumun keçirilmə müddəti sülh prosesini ləngidərsə, o zaman heç olmasa gələn il tərəflər hansısa bəyannamə imzalaya bilərlər", - jurnalist qeyd edib.

O.Krikoryan ümidvardır ki, hətta danışıqlar dalana dirənsə belə, tərəflər sülh müqaviləsi mətninin 17 maddəsindən artıq razılaşdırılmış 15 maddəsini paraflaya bilərlər: "Bu, hər iki ölkənin əhalisi üçün yekun sazişin əlçatan olduğunu göstərən mühüm siqnal olacaq".

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://report.az
archiveBu xəbər 13 Dekabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see303

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see245

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see211

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see192

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see187

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see172

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see160

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see154

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see129

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see127

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see124

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri