Icma.az
close
up
RU
Britaniyalı ekspert Bakıda təlim keçir FOTOLAR

Britaniyalı ekspert Bakıda təlim keçir FOTOLAR

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycan Milli İncəsənət Muzeyində Böyük Britaniya incəsənətinə aid əsərlərin elmi tədqiqi və konservasiyası üzrə layihə həyata keçirilir. 
Demokrat.az xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyi ilə Britaniya Şurasının (British Council) birgə layihəsi çərçivəsində 3-7 fevral tarixlərində gerçəkləşən təlim Britaniyadan dəvət olunmuş rəngkarlıq əsərlərinin konservasiyası üzrə tanınmış ekspert Rupert Fezerstoun tərəfindən aparılır.  
Rəngkarlıq üzrə müstəqil bərpaçı və məsləhətçi kimi fəaliyyət göstərən R.Fezerstoun 2001–2008-ci illərdə Vindzor Sarayında Britaniya Kral Kolleksiyası üzrə rəngkarlıq əsərlərinin konservasiyasına rəhbərlik edib. 2008–2021-ci illərdə Kembric Universitetinin nəzdindəki Fitzvilyam Muzeyində konservasiya işləri üzrə rəhbər olub, həmçinin Hamilton Kerr İnstitutunun direktoru vəzifəsində çalışıb.
Fevralın 3-də Rupert Fezerstoun Azərbaycan Milli İncəsənət Muzeyində sənət əsərlərinin konservasiyası sahəsində öz fəaliyyətinin əks olunduğu təqdimatla çıxış edib. O, həmçinin layihənin əsas məqsədi haqqında iştirakçılara məlumat verib. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Britaniya Şurasının Azərbaycan üzrə nümayəndəliyinin direktoru Nərgiz Hacıyeva tədbirdə çıxış edərək layihənin əhəmiyyətindən danışıblar. 
Daha sonra, layihənin proqramına uyğun olaraq  3-4 fevral tarixlərində Britaniya kolleksiyasının elmi tədqiqatı, qorunub saxlanılması və mövcud vəziyyətinin müəyyənləşdirilməsi üzrə araşdırma aparılıb. 
Layihə çərçivəsində 5-6 fevral tarixlərində Milli İncəsənət Muzeyinin Elmi-bərpa, Elmi-tədqiqat və Fond şöbələrinin əməkdaşları üçün qabaqcıl konservasiya üsulları, uzunmüddətli qorunma və davamlılığın təmin olunmasına həsr edilən təlim sessiyası keçiriləcək. 
Layihənin sonuncu günündə – fevralın 7-də isə Britaniya kolleksiyasının sərgiyə hazırlanması üçün planın işlənib hazırlanması üzrə təklif və tövsiyələr veriləcək, eləcə də layihənin yekun nəticələri müzakirə olunacaq.













Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Fevral 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see737

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see670

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see251

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see247

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see244

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see224

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see218

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see216

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see211

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see200

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see192

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see192

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see187

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see184

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see176

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see175

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see174

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see169

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see169

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri