Britaniyalı nazir Banqladeşdə korrupsiya istintaqı ilə əlaqədar vəzifəsindən istefa verib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
London, 15 yanvar, AZƏRTAC
Britaniyalı nazir Tulip Siddiq Banqladeşin sabiq baş naziri olan xalası Şeyx Hasinanın adı hallandığı bir sıra korrupsiya istintaqları ilə əlaqədar Britaniya hökumətinin antikorrupsiya naziri vəzifəsindən istefa verib.
AZƏRTAC xəbər verir ki, o, partiya lideri Kir Starmerə ünvanladığı istefa məktubunda mövqeyinin diqqəti yayındırdığına görə vəzifəsindən çəkildiyini bildirib və ona göstərilən etimada görə təşəkkür edib.
T.Siddiqin adı bu yaxınlarda Banqladeşdə infrastruktur layihələrinə ayrılan vəsaitdən ailəsinin təxminən 3,9 milyard funt-sterlinq mənimsədiyinə dair iddialarla bağlı aparılan istintaqda da hallanıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Britaniyalı nazir: COP29da təbiət prioritetimizdir AZƏRTAC
22 Noyabr 2024 04:33
Britaniyalı nazir: Bakıdakı mesajımız aydındır AZƏRTAC
18 Noyabr 2024 18:39
Banqladeşdə Denge qızdırması 541 nəfərin həyatına son qoyub AZƏRTAC
13 Dekabr 2024 14:08
Britaniyalı nazir: Təmiz enerji keçidi mühüm addımdır AZƏRTAC
27 Noyabr 2024 19:26
Elin Süleymanov britaniyalı nazirlə görüşüb AZƏRTAC
14 Yanvar 2025 21:20

