Britaniyalı velosipedçi irqçilik ittihamına görə dünya çempionatından kənarlaşdırıldı
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Böyük Britaniya millisinin velosipedçisi Metyu Riçards irqçi və ayrı-seçkilik xarakterli ifadələr işlətməkdə ittiham olunduğu üçün Şanxayda keçiriləcək trek velosipedi üzrə dünya çempionatının iştirakçıları siyahısından çıxarılıb.
İdman.Biz “The Times”a istinadən xəbər verir ki, idmançı digər velosipedçilərə qarşı nalayiq davranışla bağlı ciddi ittihamlar səbəbindən turnirdə iştirak etməyəcək.
Məlumata görə, Riçardsın etnik azlıqların nümayəndələrinə qarşı ayrı-seçkilik xarakterli ifadələr işlətdiyi və irqçi zarafatlara yol verdiyi iddia olunur.
Böyük Britaniya Velosiped İdmanı Federasiyası idmançının dünya çempionatının iştirakçıları siyahısından çıxarıldığını təsdiqləyib. Federasiya Riçards barəsində araşdırmaya da başlayıb.
Qeyd edək ki, Riçards Avstraliya millisinin heyətində Tokio Olimpiadasının üçqat mükafatçısı olub. Onun 2024-cü ilin avqustunda Böyük Britaniya yığmasının şərəfini qoruyacağı açıqlanıb. Velosipedçi ötən ilin yayında 200 metr məsafəyə hərəkətli startla yarışda dünya rekordu müəyyənləşdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 14 Oktyabr 2026 07:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















