Britaniyanın baş naziri Trampa MƏSLƏHƏT VERDİ
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniyanın Baş naziri Keir Starmer ABŞ-ı Ukraynaya dəstəyi davam etdirməyə və ona lazımi təhlükəsizlik təminatları verməyə çağırıb.
O, bu barədə Vaşinqtona səfərindən əvvəl “The Sun” da dərc olunan məqaləsində yazıb.
Onun sözlərinə görə, Ukraynanı təhlükəsizlik zəmanəti ilə dəstəkləmək ABŞ və Britaniyanın maraqlarına uyğundur. Eyni zamanda Starmer vurğulayıb ki, Kiyev istənilən sülh danışıqlarında iştirak etməlidir və Vaşinqtonun dəstəyinə ehtiyacı var.
Starmer, həmçinin ABŞ Prezidenti Donald Trampın münaqişəyə son qoymaq üçün danışıqlara çağırışını dəstəkləyib.
"Prezident Tramp həm də təşəbbüsü ələ almaqda və masada yaxşı sülh sazişinin olub-olmadığını görməkdə haqlıdır", - deyən Britaniyanın baş naziri Amerika lideri ilə danışarkən "hər dəfə sülhə sadiqliyindən heyran qaldığını" vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 23 Fevral 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















