Britaniyanın ən böyük bankı Rusiyadan ödənişləri qəbul etməyi dayandırıb
Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Müəllif:Ayşən İmanova/Banco.az
Böyük Britaniyanın ən böyük bankı HSBC Rusiya və Belarusdan ödənişləri qəbul etməyi dayandıracağını açıqlayıb.
Banco.az xəbər verir ki, bu barədə bankın saytında yerləşdirilən məlumatda deyilir.
Bildirilir ki, yeni tədbirlərə görə bu ölkələrdən ödənişlər rədd edilə və vəsaitlər geri qaytarıla bilər.
Ən sərfəli kredit üçün müraciət et"Əgər bu ölkələrdən ödəniş etmək və ya almaq lazımdırsa, alternativ tədbirlər görməlisiniz", - HSBC-nin bəyanatında deyilir.
Bank bu qərarın səbəbini açıqlamayıb və müştərilərdən yaranan narahatlığa görə üzr istəyib.
Qeyd edək ki, HSBC aktivlərinə və bazar kapitallaşmasına görə ən böyük Britaniya bankıdır. 2022-ci ilin iyul ayında o, Rusiya Federasiyasındakı biznesini "Expobank"a satmaq üçün müqavilə imzalayıb. Bundan sonra bank qrupu nəhayət Rusiyanı tərk etmək niyyətində olub. Prezident Vladimir Putin bu ilin fevralında sazişi təsdiqləyib və bank mayın sonunda bağlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 23 Noyabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















