Britaniyanın ən böyük bankı Rusiyadan ödənişləri qəbul etməyi dayandırıb AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyanın, aktivlərinə görə ən böyük Britaniya bankı HSBC Rusiya və Belarusdan ödənişləri qəbul etməyi dayandırır.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bank müştərilərə bildiriş göndərib və iki ölkədən olan fərdi müştərilərə bütün daxil olan əməliyyatlara qadağa qoyulacağı barədə xəbərdarlıq edib.
Ötən ilin yayından HSBC artıq Asiya ilə əməliyyatlar üçün bankın Honkonq filialından istifadə edən Rusiya şirkətləri üçün ödənişlərə xidməti dayandırıb. Məhdudiyyətlər Rusiyaya sanksiya tətbiq edilmiş malların tədarükünü dayandırmağı tələb edən Amerika rəsmilərinin Honkonqa səfərindən sonra tətbiq edilib.
HSBC ödənişlərə yeni qadağanın səbəbləri barədə məlumat verməyib. Lakin qərar ABŞ-nin Rusiyaya qarşı maliyyə sanksiyalarını sərtləşdirməsindən və dövlət Qazprombank da daxil olmaqla 50 Rusiya bankını “qara siyahı”ya daxil etməsindən bir gün sonra qəbul edilib.
Sanksiyalarla bağlı açıqlamada ABŞ Maliyyə Nazirliyi həmçinin dünya üzrə kredit təşkilatlarını Rusiyanın “SWIFT analoqu” olan Rusiya Mərkəzi Bankının Maliyyə Mesajları Ötürmə Sistemi (SPFS) ilə əməkdaşlığa görə mümkün cavab tədbirləri barədə xəbərdar edib. 2024-cü ilin yayından sistem Avropa sanksiyaları altındadır. ABŞ Maliyyə Nazirliyi vurğulayıb ki, 20 ölkənin banklarının qoşulduğu sistem sanksiya məhdudiyyətlərindən yan keçmək üçün istifadə olunur.
Müharibəyə qədər Rusiyada törəmə bank biznesinə malik olan HSBC-nin Amerika hakimiyyəti ilə uzun münaqişə tarixi var: əvvəllər bank Meksika törəməsi vasitəsilə pulların yuyulmasında ittiham edilərək 2 milyard dollar cərimələnib.
2022-ci ilin mayında HSBC Rusiya biznesini bağlayacağını elan edib. İki il sonra bank Rusiyadakı törəməsini Ekspobanka satıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 22 Noyabr 2024 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















