Icma.az
close
up
RU
Britaniyanın gələcəyi sual altında 3 ölkə ayrılmaq istəyir

Britaniyanın gələcəyi sual altında 3 ölkə ayrılmaq istəyir

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şotlandiya, Uels və Şimali İrlandiyanın siyasi liderləri Böyük Britaniyanın gələcəyi ilə bağlı birgə mövqelərini açıqlayıb və üç ölkənin öz siyasi taleyini müəyyən etmək hüququnu müdafiə ediblər.

Modern.az xəbər verir ki, Kardiffdə keçirilən mühüm görüşdə Şotlandiyanın birinci naziri Con Suinni Uelsin birinci naziri Rhun ap İorverth və Şimali İrlandiyanın birinci naziri Mişel O'Nil bir araya gəliblər.

Onlar müvafiq olaraq Şotlandiya Milli Partiyasını (SNP), Uelsdə müstəqillik tərəfdarı Plaid Cymru partiyasını və Sinn Féin-i təmsil edirlər. Liderlər ölkələrinin gələcək konstitusion statusunu müəyyən etmək hüququnun tanınmasını və müstəqilliklə bağlı referendumların keçirilməsinə imkan yaradılmasını tələb ediblər.

Görüşdə imzalanan anlaşma ilə tərəflər Şotlandiya, Uels və İrlandiya adasının gələcəyi ilə bağlı konstitusion dəyişikliklərə hazırlaşmaq və öz müqəddəratını təyinetmə məsələsində əməkdaşlığı gücləndirmək niyyətlərini ifadə ediblər.

Xatırladaq ki,müasir Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının siyasi quruluşu bir anda yaranmayıb və onun tarixi bir neçə əsr ərzində formalaşıb.

1707-ci ildə İngiltərə və Şotlandiya parlamentlərinin birləşməsi ilə Böyük Britaniya Krallığı yaradılıb. Daha sonra 1801-ci il yanvarın 1-də Böyük Britaniya ilə İrlandiya Krallığının siyasi birləşməsi nəticəsində “Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı” yaranıb.

İrlandiyanın böyük hissəsi 1922-ci ildə Birləşmiş Krallıqdan ayrıldıqdan sonra dövlətin adı indiki formasını – “Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı” – alıb. Şimali İrlandiya isə həmin dövrdə Böyük Britaniyanın tərkibində qalmağa qərar verib.

Beləliklə, bu gün Birləşmiş Krallıq dörd ölkədən - İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyadan ibarətdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Sentyabr 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri