Icma.az
close
up
RU
Rusiya ordusu Ukraynada rekord itki verdi Bir ayda 54 min hərbçi

Rusiya ordusu Ukraynada rekord itki verdi Bir ayda 54 min hərbçi

Icma.az bildirir, Azpost portalına istinadən.

Oktyabr ayı Rusiya ordusu üçün Ukraynada öldürülən və yaralanan hərbçilərin sayına görə yeni antirekordla başa çatıb. Rusiya qoşunları bir ay ərzində ümumilikdə təxminən 54 min nəfər itirib.

Azpost.info bildirir ki, bu barədə “Bloomberg” Avropa kəşfiyyat orqanlarının məlumatlarına istinadən xəbər yayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü bir ay ərzində Rusiya ordusunun 54,4 min hərbçisinin öldürüldüyünü və ya yaralandığını açıqlayıb. “Bloomberg” yazır ki, Avropa rəsmilərinin qiymətləndirmələri də bu rəqəmlərə yaxındır. Eyni zamanda, ümumi itkilər arasında ölənlərin payı da rekord həddə çatıb.

“Bloomberg”in məlumatlarına görə, Kreml tərəfindən Donbasın nəyin bahasına olursa-olsun ələ keçirilməsi tapşırığı verilən Rusiya Baş Qərargahının generallarının rəhbərlik etdiyi qoşunlar orta hesabla həftədə 12 min, gündə 1,7 mindən çox, saatda isə 70-dən artıq hərbçi itirib.

Buna baxmayaraq, Rusiya ordusu oktyabrı ardıcıl ikinci ay ərazi itkisi ilə başa vurub. ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) qiymətləndirməsinə görə, Rusiya qüvvələrinin nəzarətində olan ərazilər oktyabrda təxminən 160 kvadratkilometr azalıb. Sentyabrda da Rusiya ordusunun nəzarət etdiyi ərazi 80,8 kvadratkilometr kiçilib.

Ukraynanın OSINT layihəsi DeepState-in məlumatlarına əsasən, Rusiya Silahlı Qüvvələri ilin yanvar-oktyabr aylarında Ukrayna ərazisinin 1000 kvadratkilometrindən də az hissəsini ələ keçirib. Bu, 2025-ci ilin eyni dövründə əldə edilən nəticədən təxminən 3,5 dəfə azdır.

“Bloomberg Intelligence” analitiki Aleks Kokçarovun qiymətləndirməsinə görə, Rusiya komandanlığı Ukraynanın hər yeni kvadratkilometr ərazisini ələ keçirmək üçün təxminən min hərbçisini qurban verməli olur.

Ekspert bildirir ki, Moskva hava zərbələri ilə Ukraynaya təzyiqi artırsa da, Rusiyanın döyüş meydanındakı imkanları, ehtimal ki, 2026-cı ilin sonunadək zəif qalacaq.

Müharibənin cari il üzrə ilk 10 ayının nəticələrinə görə, Ukrayna yanvarın 1-də nəzarətində olan ərazinin cəmi 0,2 faizini itirib. Bu, Rusiya generallarının həyata keçirdiyi çoxsaylı hücumlara baxmayaraq baş verib.

DeepState-in hesablamalarına görə, Rusiya ordusu oktyabr və sentyabr aylarında ay ərzində təxminən 7 min hücum əməliyyatı keçirib. Avqustda isə bu göstərici 8 minə yaxın olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18-30 faiz çoxdur.

“Bloomberg” vurğulayır ki, cəbhədəki itkilər Rusiya ordusuna müqavilə əsasında və könüllü şəkildə qoşulanların sayını üstələməkdə davam edir.

İqtisadçı Yanis Kluqenin hesablamalarına görə, ilin ilk yarısında Rusiyanın hərbi xidmətə cəlbetmə kampaniyası ayda təxminən 30 min nəfəri cəbhəyə göndərməyə imkan verib. Yanvar-avqust aylarında isə Müdafiə Nazirliyi ilə 234 min nəfər müqavilə imzalayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz azdır.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) ekspertləri daha əvvəl hesablamışdılar ki, 2022-ci ilin fevralında müharibə başlayandan 2026-cı ilin iyun ayınadək Rusiya ordusunun ümumi itkiləri 1,4 milyon nəfərə çatıb. Bu rəqəmə ölənlər, ağır yaralananlar və itkin düşənlər daxildir.

CSIS-in məlumatına görə, Ukraynada həlak olan Rusiya hərbçilərinin sayı İkinci Dünya müharibəsindən sonra ABŞ-ın bütün müharibələrdə verdiyi ümumi ölüm itkilərindən dörd dəfədən çox, 1945-ci ildən sonra SSRİ və Rusiyanın digər müharibələrdəki ümumi ölüm itkilərindən isə doqquz dəfədən çoxdur.

“The Economist” nəşrinin hesablamalarına görə, oktyabrın sonuna Ukraynada həlak olan Rusiya hərbçilərinin sayı 770 min nəfərə çata bilərdi.

Bu rəqəm İjevsk, Barnaul və ya Tolyatti kimi şəhərlərin əhalisinin sayından çoxdur. Həmçinin Yakutsk və Bryansk şəhərlərinin birlikdə əhalisinin sayına yaxındır.

Nadir Talıblı

AzPost.az

Post navigation

Previous: Evdəki dərman qutusunda təhlükə – Bu 5 preparatla ehtiyatlı olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://azpost.info
archiveBu xəbər 02 Noyabr 2026 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri