Icma.az
close
up
RU
British Council nümayəndələri AzMİU da olub FOTOLAR

British Council nümayəndələri AzMİU da olub FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) "British Council"un Azərbaycan üzrə direktoru Nərgiz Hacıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə universitetin rektoru professor Gülçöhrə Məmmədova arasında görüş keçirilib.

"Unikal" xəbər verir ki, görüşdə AzMİU rəhbərliyi və nümayəndələri də iştirak ediblər.

Tərəflər arasında keçirilən görüş zamanı AzMİU ilə "British Council"ın uzunmüddətli və uğurlu əməkdaşlığı yüksək dəyərləndirilib. Rektor Gülçöhrə Məmmədova qeyd edib ki, bu əməkdaşlıq universitetin beynəlxalq əlaqələrinin genişlənməsində, xüsusilə Böyük Britaniya universitetləri ilə təhsil sahəsində tərəfdaşlığın qurulmasında mühüm rol oynayır. O, AzMİU-da tələbələrin və müəllim heyətinin ingilis dili biliklərinin artırılmasının prioritet istiqamətlərdən biri olduğunu və bu baxımdan "British Council" ilə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Görüş zamanı bildirilib ki, son illər AzMİU-da ingilis dili tədrisinin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib, Əcnəbi dillər kafedrasının kadr potensialı gücləndirilib və müasir tədris metodları tətbiq olunur.

"British Council"un Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva universitetlə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, icra olunan birgə layihələrin uğurlu nəticələrindən söhbət açıb və gələcək layihələrin perspektivlərini qeyd edib. O, "British Council" tərəfindən həyata keçirilən təhsil proqramları barədə də məlumat verib.

Görüş zamanı, həmçinin AzMİU-nun Böyük Britaniyanın Vestminster Universiteti ilə həyata keçirdiyi üç ikili diplom proqramına diqqət çəkilib. Yeni ikili diplom proqramlarının yaradılması, eləcə də Britaniyanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri və bu prosesdə "British Council"ın dəstəyi ətrafında müzakirələr aparılıb.

Müzakirələrdən sonra AzMİU və "British Council Azərbaycan" arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, 2025–2026-cı tədris ili üçün AzMİU-nun əcnəbi dillər kafedrası və

"British Council" tərəfindən birgə təlim proqramı həyata keçiriləcək. Proqram aşağıdakı istiqamətləri əhatə edir:

İnnovativ tədris strategiyaları
- Təhsildə innovasiya prinsiplərinin mənimsənilməsi
- Flipped classroom (əks sinif), blended learning (qarışıq öyrənmə), gamifikasiya və mikroöyrənmə metodlarının öyrənilməsi

Tapşırıq-əsaslı öyrənmə (Task-based learning – TBL)
- TBL çərçivəsinin (pre-task, task cycle, language focus) tədrisi
- Tapşırıq-əsaslı dərslərin planlaşdırılması və tətbiqi

Müəllim hazırlığı
- Müəllimlər üçün effektiv təlimlərin dizaynı
- Digər müəllimləri təlimləndirmək və dəstəkləmək üçün lazım olan bilik, bacarıq və yanaşmaların inkişafı

İngilis dili tədrisində humanist və alternativ yanaşmalar
- Alternativ ELT metodlarının əsas prinsiplərinin mənimsənilməsi
- Tələbə-mərkəzli tədrisə dəstəyi
- Ənənəvi metodlarla müqayisə
- Müxtəlif tədris kontekstlərində tətbiq imkanlarının öyrənilməsi
- Hər yanaşmaya uyğun sadə fəaliyyətlərin hazırlanması
- Bu ideyaların müəllimlərin şəxsi tədris təcrübələrinə inteqrasiyası

Proqramın AzMİU-da tədrisin beynəlmiləlləşdirilməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və kadr hazırlığı sahəsində keyfiyyətin daha da artırılması istiqamətində mühüm addım olacağı gözlənilir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 İyun 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri