Icma.az
close
up
RU
“British Council” və AzMİU arasında əməkdaşlıq: 2025/2026 cı tədris ili üçün birgə təlim proqramı başlanır

“British Council” və AzMİU arasında əməkdaşlıq: 2025/2026 cı tədris ili üçün birgə təlim proqramı başlanır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə universitetin rektoru professor Gülçöhrə Məmmədova arasında görüş keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı AzMİU ilə “British Council”ın uzunmüddətli və uğurlu əməkdaşlığı yüksək dəyərləndirilib. Rektor Gülçöhrə Məmmədova qeyd edib ki, bu əməkdaşlıq universitetin beynəlxalq əlaqələrinin genişlənməsində, xüsusilə Böyük Britaniya universitetləri ilə təhsil sahəsində tərəfdaşlığın qurulmasında mühüm rol oynayır. O, AzMİU-da tələbələrin və müəllim heyətinin ingilis dili biliklərinin artırılmasının prioritet istiqamətlərdən biri olduğunu və bu baxımdan “British Council” ilə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Görüş zamanı bildirilib ki, son illər AzMİU-da ingilis dili tədrisinin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib, Əcnəbi dillər kafedrasının kadr potensialı gücləndirilib və müasir tədris metodları tətbiq olunur.

“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva universitetlə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, icra olunan birgə layihələrin uğurlu nəticələrindən söhbət açıb və layihələrin perspektivlərini qeyd edib. O, “British Council” tərəfindən həyata keçirilən təhsil proqramları barədə də məlumat verib.

Görüş zamanı, həmçinin AzMİU-nun Böyük Britaniyanın Vestminster Universiteti ilə həyata keçirdiyi üç ikili diplom proqramına diqqət çəkilib. Yeni ikili diplom proqramlarının yaradılması, eləcə də Britaniyanın nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri və bu prosesdə “British Council”ın dəstəyi ətrafında müzakirələr aparılıb.

Müzakirələrdən sonra AzMİU və “British Council Azərbaycan” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, 2025–2026-cı tədris ili üçün AzMİU-nun əcnəbi dillər kafedrası və “British Council” tərəfindən birgə təlim proqramı həyata keçiriləcək. Proqram aşağıdakı istiqamətləri əhatə edir:

İnnovativ tədris strategiyaları

- Təhsildə innovasiya prinsiplərinin mənimsənilməsi;

- Flipped classroom (əks sinif), blended learning (qarışıq öyrənmə), qeymifikasiya və mikroöyrənmə metodlarının öyrənilməsi;

Tapşırıq-əsaslı öyrənmə (Task-based learning – TBL);

- TBL çərçivəsinin (pre-task, task cycle, language focus) tədrisi;

- Tapşırıq-əsaslı dərslərin planlaşdırılması və tətbiqi.

Müəllim hazırlığı

- Müəllimlər üçün effektiv təlimlərin dizaynı;

- Digər müəllimləri təlimləndirmək və dəstəkləmək üçün lazım olan bilik, bacarıq və yanaşmaların inkişafı.

İngilis dili tədrisində humanist və alternativ yanaşmalar

- Alternativ ELT metodlarının əsas prinsiplərinin mənimsənilməsi;

- Tələbə-mərkəzli tədrisə dəstəyi;

- Ənənəvi metodlarla müqayisə;

- Müxtəlif tədris kontekstlərində tətbiq imkanlarının öyrənilməsi;

- Hər yanaşmaya uyğun sadə fəaliyyətlərin hazırlanması;

- Bu ideyaların müəllimlərin şəxsi tədris təcrübələrinə inteqrasiyası.

Proqramın AzMİU-da tədrisin beynəlmiləlləşdirilməsi, müasir pedaqoji yanaşmaların tətbiqi və kadr hazırlığı sahəsində keyfiyyətin daha da artırılması istiqamətində mühüm addım olacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyun 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri