Icma.az
close
up
RU
Brüssel ABŞ şirkətlərini dövlət satınalmaları sifarişlərindən məhrum edilə bilər

Brüssel ABŞ şirkətlərini dövlət satınalmaları sifarişlərindən məhrum edilə bilər

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 aprel, AZƏRTAC

Brüssel Donald Trampın tarif siyasətinə cavab olaraq ABŞ şirkətlərini dövlət satınalmaları sifarişlərindən məhrum edə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin Aİ-nin sənaye strategiyasına nəzarət edən müavini Stefan Sejurne deyib. “Biz Avropa İttifaqının dövlət satınalmalarında ABŞ şirkətlərindən tamamilə imtina edə bilərik”, - deyə Sejurne “France Inter” radiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, hazırda belə tədbirlər ABŞ administrasiyası ilə müzakirə olunur.

Avropa Komissiyasının sədr müavini, həmçinin bəzi sahələrdə “başqa seçimlər olmadığı” üçün Brüsselin ABŞ şirkətlərinin bir sıra xidmətlərindən, məsələn, rəqəmsal texnologiyalardan imtina edə bilməyəcəyini vurğulayıb.

O, eyni zamanda, ABŞ-a təzyiq vasitələrinin olduğunu və danışıqlarda onlardan istifadə ediləcəyini söyləyib. Stefan Sejurne dövlət satınalmaları üzrə əməkdaşlığın dayandırılmasının ABŞ şirkətlərinə “ağır zərbə vuracağını” deyib.

Avropa Komissiyası Vaşinqtonun Avropa İttifaqından tədarük olunacaq polad və alüminiuma tətbiq etdiyi tariflərə cavab olaraq əlavə rüsumlara məruz qalacaq ABŞ məhsullarının siyahısını bu gün açıqlayacaq. Siyahıya ət, taxıl, şərab, taxta, geyim və digər mallar daxildir. Eyni zamanda, bura Avropa Komissiyasının 50 faizlik rüsum tətbiq etmək niyyətində olduğu və Trampın Avropada istehsal olunan spirtli içkilərə 200 faizlik əks tariflə hədələdiyi Amerika burbonu da daxil ola bilər.

Xatırladaq ki, aprelin 2-də ABŞ Prezidenti Donald Tramp 185 ölkə və ərazinin məhsullarına əlavə gömrük rüsumunun tətbiq olunacağını bəyan edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see682

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see338

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see329

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see326

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see299

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see289

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see286

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see283

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see260

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see260

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see254

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see250

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see244

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see241

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see223

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see218

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see206

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see200

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri