Brüsseldə vərəm halları ölkə üzrə orta göstəricini üç dəfə üstələyir
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Brüssel, 24 mart, AZƏRTAC
Belçikanın paytaxtı Brüssel vərəm xəstəliyinin yayılmasına görə ölkə üzrə ən yüksək göstəricilərə malik region olaraq qalır.
AZƏRTAC xəbər verir ki, yeni məlumatlara əsasən, burada yoluxma səviyyəsi milli orta göstəricidən təxminən üç dəfə çoxdur.
2024-cü ildə Belçikada ümumilikdə 950-dən çox yeni vərəm halı qeydə alınıb. Ölkə üzrə orta göstərici hər 100 min nəfərə 8,1 yoluxma təşkil etdiyi halda, Brüsseldə bu rəqəm 22,4-ə çatır.
Mütəxəssislər bildirirlər ki, yüksək göstəricilər əsasən iri şəhərlərdə, xüsusilə sosial cəhətdən həssas qruplar arasında müşahidə olunur. Əvvəlki illərin statistikası da Brüsseldə vərəmin digər regionlarla müqayisədə xeyli geniş yayıldığını təsdiqləyir. Buna baxmayaraq, Belçika ümumilikdə aşağı riskli ölkə hesab olunur. Lakin ekspertlər qlobal miqyasda maliyyələşmənin azalmasının gələcəkdə yoluxmaların artmasına səbəb ola biləcəyini vurğulayırlar.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, vərəm hələ də dünyada ən ölümcül yoluxucu xəstəliklərdən biri olaraq qalır.
Vüqar Seyidov
AZƏRTACın xüsusi müxbiri
Brüssel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 24 Mart 2026 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















