Icma.az
close
up
RU
“Dünya” Teatrı Zəfər Gününə həsr olunmuş “Kamança” tamaşasını təqdim edib

“Dünya” Teatrı Zəfər Gününə həsr olunmuş “Kamança” tamaşasını təqdim edib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 8 noyabr, AZƏRTAC

Xəzər Universiteti “Dünya” məktəbində görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin 1920-ci ildə Şuşada qələmə aldığı “Kamança” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, Zəfər Gününə həsr edilən səhnə əsəri klassik Azərbaycan dramaturgiyasının humanist ideyalarını milli yaddaş və Vətən sevgisi kontekstində təqdim edib.

Tamaşanın quruluşçu rejissoru Murad Allahverdi, rejissoru Elçin Muradov, təşkilati işlər üzrə rəhbəri Dilarə İsgəndərzadə, prodüseri isə Nailə Mirzəzadədir. “Dünya” Teatrının təqdimatında müəllim və şagirdlər eyni səhnəni bölüşərək əsərin obrazlarını canlandırıblar.

Tamaşada rolları Elçin Muradov, Kübra Quliyeva, Tahirə Bayramova, Lalə Namazova, Elşad Rzayev, Əli Əhədzadə, Ülviyyə Rza, Arian Zamiri, Hüseyn Nağıyev, Ayaz Məmmədov və Tunar Behbudlu canlandırıb.

Əsərin mərkəzində dayanan Qəhrəman yüzbaşı obrazı pyesin əsas mənəvi konfliktini-qisas hissi ilə mərhəmət arasındakı mübarizəni ifadə edir. Dostlarının ermənilər tərəfindən öldürülməsi onun daxilində intiqam istəyi ilə insan həyatına və mənəvi dəyərlərə hörmət arasında dərin qarşıdurma yaradır. Cəlil Məmmədquluzadə bu obraz vasitəsilə müharibənin insan talelərində açdığı yaraları, milli ədavətin faciəvi nəticələrini və humanizmin mənəvi gücünü ön plana çəkir. Tamaşanın yaradıcı xüsusiyyətlərindən biri də orijinal əsərin süjetinə daxil edilən improvizasiya elementləri olub. Pyesdəki erməni kamançaçı Baxşının ifası ilə yanaşı, səhnə təqdimatında azərbaycanlı kamançaçı obrazına da yer verilib. İki kamançaçının ifası üzərində qurulan səhnələr musiqinin dili ilə

münaqişənin yaratdığı faciəni, qarşıdurmanı və sənətin birləşdirici gücünü ifadə edib. Bu yaradıcılıq əsərin ideya xəttini genişləndirərək tamaşaya əlavə bədii çalarlar qazandırıb.

Pyesin finalında qisas hissinin mərhəmət qarşısında geri çəkilməsi müəllifin humanist mövqeyini ifadə edir. Bu baxımdan “Kamança” milli yaddaşı, insanlıq dəyərlərini və mənəvi seçimin əhəmiyyətini ön plana çəkən dramaturji nümunədir.

Tamaşadan sonra çıxış edən professor Hamlet İsaxanlı səhnə əsərini yüksək qiymətləndirib. O, xüsusilə orijinal süjetə əlavə olunan improvizasiya elementlərinin təqdimata gətirdiyi yaradıcı yeniliyi qeyd edib və vurğulayıb: “Sənət bizi birləşdirir”.

“Dünya” Teatrının bu təqdimatı Cəlil Məmmədquluzadənin klassik əsərini Zəfər Gününün tarixi və mənəvi məzmunu ilə əlaqələndirib. Vətənə bağlılıq, milli-mədəni irsə hörmət və kamançanın Azərbaycan musiqi mədəniyyətindəki yeri tamaşanın əsas ifadə vasitələri kimi çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2026 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri