Icma.az
close
up
RU
Brüsselin yolu yenə Bakıya düşür: Avropalıları buna nə vadar edir?

Brüsselin yolu yenə Bakıya düşür: Avropalıları buna nə vadar edir?

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Bir neçə il əvvəl regionun gələcəyi böyük güclərin kabinetlərində müzakirə olunurdusa, bu gün həmin gələcəyin konturları məhz Bakıda müəyyənləşdirilir. İkinci Qarabağ müharibəsində əldə olunan tarixi Zəfərdən sonra Azərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, həm də Cənubi Qafqazın yeni siyasi və iqtisadi arxitekturasının müəllifinə çevrildi.

Məhz buna görə də bu gün Avropa İttifaqı regionla bağlı bütün strateji planlarını Azərbaycanın iştirakı olmadan həyata keçirə bilməz.

Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan yeni regional siyasətin mərkəzində hərbi qələbənin diplomatik sülhə çevrilməsi dayanır. Bakı qalib tərəf kimi bölgədə revanşizmi deyil, davamlı sülhü, təhlükəsizliyi, sıx inteqrasiya olunmuş əməkdaşlığı prioritet seçib. Bu yanaşma artıq öz real nəticələrini verməyə başlayıb.

2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma məhz Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul olunmasının göstəricisi oldu. Hazırda yekun sülh sazişi üzərində aparılan danışıqlar da həmin prosesin davamıdır.

Azərbaycan bunun üçün ardıcıl və sistemli siyasət həyata keçirir. Ermənistanla kommunikasiya kanallarının genişləndirilməsi, iqtisadi blokadaların aradan qaldırılması istiqamətində təşəbbüslər, cəmiyyətlər arasında etimad mühitinin formalaşdırılması, rəsmi nümayəndələr arasında davamlı təmaslar və dialoq platformalarının yaradılması Bakının uzunmüddətli sülh strategiyasının tərkib hissəsidir.

Lakin Bakı eyni zamanda hesab edir ki, dayanıqlı sülh yalnız siyasi bəyanatlarla mümkün deyil.
Məhz buna görə Azərbaycan yekun sülh üçün prinsipial hesab etdiyi iki əsas şərtin yerinə yetirilməsində israrlıdır.

Birincisi, Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək Zəngəzur dəhlizinin açılmasıdır. Bu layihə təkcə iki ölkə arasında nəqliyyat bağlantısı deyil. O, Avropa ilə Mərkəzi Asiyanı birləşdirəcək Orta Dəhlizin mühüm seqmentidir və Avrasiya məkanının iqtisadi xəritəsini dəyişdirəcək layihədir.

İkinci prinsipial məsələ isə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının tam aradan qaldırılmasıdır. Bakı hesab edir ki, davamlı sülh yalnız hakimiyyətlərin imzaladığı sənədlərlə deyil, Ermənistan cəmiyyətinin də hüquqi və siyasi razılığı ilə təmin olunmalıdır. Referendum yolu ilə həyata keçiriləcək konstitusiya dəyişiklikləri məhz gələcəkdə revanşizm risklərini aradan qaldıracaq əsas təminatlardan biri hesab olunur.

Bu gün Avropa ittifaqının da maraqları məhz bu gündəliklə üst-üstə düşür. Çünki Brüssel üçün Cənubi Qafqaz artıq yalnız siyasi qonşuluq siyasətinin tərkib hissəsi deyil. Region Avropanın enerji, nəqliyyat təhlükəsizliyi və iqtisadi dayanıqlığı baxımından strateji əhəmiyyət daşıyan məkana çevrilib.

Rusiya-Ukrayna müharibəsindən sonra Avropa enerji marşrutlarını, tədarük zəncirlərini və logistika xəritəsini yenidən qurmağa başlayıb. Bu prosesdə isə Azərbaycanın rolu daha da artıb.
Azərbaycan artıq Avropanın etibarlı enerji tərəfdaşı olmaqla yanaşı, Şərqlə Qərbi birləşdirən əsas tranzit qovşağına çevrilib.

Xəzər hövzəsi, Mərkəzi Asiya, Qafqaz və Avropanı vahid iqtisadi platformada birləşdirən Orta Dəhliz məhz Azərbaycanın siyasi iradəsi və yaratdığı infrastruktur sayəsində qlobal əhəmiyyət qazanıb.

Brüsselin həyata keçirdiyi “Global Gateway” strategiyası da faktiki olaraq Azərbaycanın illərdir reallaşdırdığı enerji və nəqliyyat siyasəti ilə üst-üstə düşür.
Əslində “Qlobal Qapı” təşəbbüsünün Cənubi Qafqaza açılan əsas qapısı Azərbaycandır.

Çünki Avropa Mərkəzi Asiyaya yalnız Azərbaycan üzərindən təhlükəsiz, sabit və etibarlı çıxış əldə edə bilir.

Bu baxımdan Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın deyil, Avropa İttifaqının də geoiqtisadi maraqlarına xidmət edir. Bu dəhliz Orta Dəhlizin tam gücü ilə işləməsini təmin edəcək, Avropa-Mərkəzi Asiya ticarətini sürətləndirəcək, logistika xərclərini azaldacaq və qlobal təchizat zəncirlərinin təhlükəsizliyini artıracaq.

Məhz buna görə Ursula fon der Lyayenin Bakı səfərinin əsas gündəliklərindən biri də enerji ilə yanaşı nəqliyyat-kommunikasiya layihələri olacaq.

Digər mühüm məqam isə geosiyasi müstəvidə müşahidə olunur. Belə ki, Brüssel Cənubi Qafqazda Rusiyanın təsir imkanlarının zəiflədiyi yeni mərhələdə regionda daha fəal iştirak etməyə çalışır. Ermənistanın Avropa istiqamətində yaxınlaşması, İrəvana ayrılan maliyyə paketləri və iqtisadi dəstək proqramları da bu siyasətin tərkib hissəsidir.

Lakin Avropa İttifaqı yaxşı anlayır ki, regionun geosiyasi açarı İrəvanda deyil, Bakıdadır. Çünki bölgənin enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, Orta Dəhlizin fəaliyyəti, Xəzər hövzəsinə çıxış və Mərkəzi Asiya ilə inteqrasiya Azərbaycanın iştirakı olmadan mümkün deyil. Brüssel onu da yaxşı anlayır ki, Ermənistanın bir dövlət kimi gələcək inkişafı, təhlükəsizliyi və sıx  regional əməkdaşlığı Bakı və Ankaradan asılıdır.  Bütün bu  və digrə amillər Brüsseli Bakı hesablaşamağa və yaratdığı reallığa uyğun siyasətlərini qurmağa vadar edir.

Bu gün Azərbaycan artıq təkcə Cənubi Qafqaz dövləti deyil…

Azərbaycan Avrasiyanın əsas geosiyasi aktorlarından birinə çevrilib. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizləri, enerji layihələri, rəqəmsal kommunikasiya xətləri və logistika platformaları Azərbaycanın beynəlxalq çəkisini əhəmiyyətli dərəcədə artırıb. Məhz buna görə Ursula fon der Lyayenin planlaşdırılan səfəri əslində Avropa İttifaqının Azərbaycanın formalaşdırdığı yeni regional reallığı qəbul etdiyini göstərən növbəti siyasi mesajdır.
Bu gün Cənubi Qafqazda sülh gündəliyini də, iqtisadi inteqrasiya modelini də, nəqliyyat xəritəsini də, geoiqtisadi əməkdaşlığın əsas istiqamətlərini də müəyyən edən ölkə Azərbaycandır.

Brüsselin Bakıya artan marağının arxasında da məhz bu dəyişən reallıq dayanır.
Çünki XXI əsrin yeni Avrasiya xəritəsində Bakı artıq təkcə coğrafi mərkəz deyil, həm də siyasi, enerji və logistika baxımından strateji qərarların qəbul olunduğu əsas qovşaqlardan birinə çevrilib.

Mürtəza Bünyadlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 İyun 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see787

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see532

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see321

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see299

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see293

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see283

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see274

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see265

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see257

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see255

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see250

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see242

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see235

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see232

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see232

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see205

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see197

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see191

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri