Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Toplanışa qəbul edilən hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat vasitələri ilə təmin olunub.
Sonra toplanışın başlanması ilə əlaqədar təntənəli mərasim keçirilib. Çıxış edənlər toplanışın ehtiyatda olan hərbi vəzifəlilərin nəzəri biliklərinin və praktiki vərdişlərinin artırılması, eləcə də döyüş hazırlığının yüksəldilməsində mühüm əhəmiyyət daşıdığını iştirakçıların diqqətinə çatdırıb. Tədbir hərbi vəzifəlilərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Sonra toplanışın proqramına uyğun olaraq şəxsi heyətə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və texnikalar, hərbi-texniki vasitələr barədə ətraflı məlumatlar verilib.
Qeyd edək ki, toplanış çərçivəsində hərbi vəzifəlilərə real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki və digər hazırlıqlar üzrə nəzəri-praktiki məşğələlər keçiriləcək, eləcə də müasir döyüşaparma və özünümüdafiə üsulları öyrədiləcək.
Qalereya
Baxış sayı:46
Bu xəbər 19 Noyabr 2026 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















