Röyal Nəcəfov Xankəndidəki məğlubiyyətin səbəbini açıqladı: “Futbolçularımda günah axtarmıram”
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Xankəndi”nin baş məşqçisi Röyal Nəcəfov Azərbaycan Birinci Liqasının səkkizinci turunda “Karvan-Yevlax”a 0:2 hesabı ilə məğlub olduqları qarşılaşmanı dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında nəticəyə təsir edən amillərdən və komandasının qarşısında duran vəzifədən danışıb.
Baş məşqçi komandasının heyət imkanlarının məhdud olduğunu etiraf edib:
“Oyuna yaxşı hazırlaşmışdıq. Rəqib güclü mübarizə apardı. Bu matçda fərdi səhv edən komanda məğlub olacaqdı. Təəssüf ki, uduzan tərəf olduq. Futbolçularımda günah axtarmıram. "Karvan-Yevlax" ötən mövsüm Premyer Liqada mübarizə aparıb. Heyətimizdə ehtiyat futbolçular azdır. Bu mövsüm əsas hədəfimiz liqada qalmaqdır”.
Qeyd edək ki, əsaslı yenidənqurmadan sonra Xankəndi şəhər stadionunda keçirilən ilk rəsmi matçda meydan sahibləri iki cavabsız qol buraxıblar. “Xankəndi” səkkiz turdan sonra altı xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 19 Noyabr 2026 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















