BŞTİ: Uşaq bağçasında kommunal problemlərə dair iddialar araşdırılıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Körpələr evi-uşaq bağçasında kommunal problemlərə dair iddialar
"Bakıdakı 25 nömrəli körpələr evi-uşaq bağçasında kommunal problemlərə dair iddialarla bağlı araşdırma aparılıb".
APA xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
BŞTİ nəzarətə götürüb
Məlumata görə, uşaq bağçasının boru xətləri mart ayının bayram günlərində təmir edilib: “Bağçanın pəncərələri ilə bağlı məsələ də BŞTİ tərəfindən nəzarətə götürülüb. Yaxın zamanda məsələnin həlli istiqamətində müvafiq işlər görüləcək”.
Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi və şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilməkdədir. Bu tədbirlər uşaqların təlim-tərbiyə şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 24 May 2025 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















