BŞTİ: Uşaq bağçalarında otaqların temperaturu qanunvericiliyin tələbələrinə uyğun həddə saxlanılır
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Temperaturun normadan artıq olduğu hallarda uçaq bağçalarılnda otaqların havalandırılması işçi heyət tərəfindən müntəzəm həyata keçirilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) bildirilib.
Qurum bunu isti hava şəraitinin müşahidə edildiyi günlərdə paytaxtdakı bir sıra uşaq bağçalarında soyutma və havalandırma sisteminin olmamasına dair valideynlərin şikayətləri ilə əlaqədar bildirib.
Bəhs olunan məsələ ilə bağlı redaksiyaya müraciət edən valideynlər Bakıda fəaliyyət göstərən bəzi uşaq bağçalarında soyutma sistemlərinin olmaması səbəbindən uşaqların istidən əziyyət çəkdiklərini bildiriblər:
"Hər axşam uşaqları bağçadan götürəndə onların qan-tər içində olduqlarını görürük. Necə olur, bağça müdirlərinin kabinetində kondisioner var, amma uşaqlar olan otaqda yoxdur? Uşaqlar yazıq deyil?"
BŞTİ-dən bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində əlverişli təlim mühitinin yaradılması məqsədilə otaqların temperaturu qanunvericiliyin tələbələrinə uyğun olaraq normada saxlanılır.
"Zərurət olduqda otaqların əlavə avadanlıqlarla təchiz edilməsi məsələsinə baxılması üçün aidiyyəti üzrə müraciət ünvanlanır", - İdarədən qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 08 Avqust 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















