BSU nun kollektivi və tələbələri İsmayıllı rayonunda yerləşən DOST Evi filialını ziyarət edib FOTO
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Noyabrın 29-da Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev, universitetin professor-müəllim heyəti və tələbələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən DOST Evi filialını ziyarət ediblər.
Moderator.az xəbər verir ki, ziyarətin əsas məqsədi inklüziv yaradıcılıq mühitinin fəaliyyəti, benefisiarların məşğulluq və sənətkarlıq istiqamətində inkişaf prosesləri, eləcə də onların sosial inteqrasiyası ilə yerində tanış olmaq, həmçinin mərkəzdə həyata keçirilən sosial proqramlar barədə ətraflı məlumat əldə etmək olub. Ziyarət zamanı misgərlik və zərgərlik, xalçaçılıq, bədii tikmə və toxuma, bədii oyma, dərzilik üzrə fəaliyyət göstərən emalatxanalarda yaradılmış şərait və iş prosesi ilə yaxından tanış olunub, benefisiarlarla səmimi ünsiyyət qurulub.
BSU-nun rektoru Anar Nağıyev çıxışı zamanı bildirib ki, inklüziv yaradıcılıq mərkəzlərinin mövcudluğu Azərbaycan dövlətinin hər bir vətəndaşa göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. O bildirib ki, bir başa hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə formalaşan bu layihə Cənubi Qafqaz məkanında analoqu olmayan sosial modeldir və ölkəmizdə vətəndaş rifahının yüksəldilməsinə xidmət edən mühüm bir platforma kimi böyük əhəmiyyət daşıyır.
Rektor vurğulayıb ki, sağlamlıq imkanları məhdud uşaqların və həssas qrupa aid şəxslərin sosial inteqrasiyasını təmin edən belə mərkəzlərin fəaliyyəti inklüziv siyasətin daha geniş miqyasda həyata keçirilməsində xüsusi rol oynayır. Bu məkan onların cəmiyyətə inteqrasiyasını, yaradıcılıq potensialının üzə çıxarılmasını və sosial fəallığının artırılmasını dəstəkləyən mühüm bir modeldir.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin DOST Evi filialının direktor müavini Faiq Xudanlı Mərkəzin yaranma tarixi, məqsəd və vəzifələri, eləcə də həyata keçirdiyi xidmət və layihələr barədə ətraflı məlumat verib.
Vətənə xidməti borcuna yerinə yetirərkən döyüş postunda yaralanan, 1-ci dərəcəli hərbi xidmət əlili, hazırda isə DOST Evinin Bədii yaradıcılıq və sənətkarlıq şöbəsinin dərzilik istiqaməti üzrə təlimçisi kimi fəaliyyət göstərən Vüsal Hümbətov da iştirakçılarla görüşüb. O yaralanmadan sonra yaradıcılıq sahəsinə marağının artdığını, hazırda isə bu mərkəzdə çalışaraq öz bacarıqlarını benefisiarlarla bölüşdüyünü qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 01 Dekabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















