Icma.az
close
up
RU
BTQ İllik Hesabat təqdim edəcək

BTQ İllik Hesabat təqdim edəcək

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Bakı Təşəbbüs Qrupu (BTQ) kolonializm mövzusunun qloballığını və aktuallığını nəzərə alaraq, müstəmləkəçilikdən əziyyət çəkən ərazilərin cari çağırışları, sosial-iqtisadi və hüquqi problemlərini özündə əks etdirən İllik genişmiqyaslı Hesabat hazırlayıb. SİA-nın məlumatına görə, dekabrın 14-də təqdimatı keçiriləcək hesabatın məqsədi mövzuya dair məlumatlılığı artırmaq, müzakirələrə start vermək və beynəlxalq ictimaiyyəti bu problemlərin həlli istiqamətində birgə fəaliyyətə təşviq etməkdir.

Bununla, BTQ müstəmləkəçiliyin təsirlərini azaltmaq və qlobal ədalətin təmin olunmasına töhfə verməyi hədəfləyir.

Hər il Dekolonizasiya günündə bu məsələ üzrə dünyadakı vəziyyəti əks etdirən yenilənmiş hesabatlar təqdim ediləcəkdir.

Hesabatların əhatə dairəsinə müstəmləkəçilikdən əziyyət çəkən ərazilərdə idxal və ixrac balansı, resurslardan istifadə, habelə iqtisadi siyasətlərin onların inkişafına təsiri tədqiq edilib. Resursların qeyri-bərabər bölgüsü bu ərazilərdə davamlı inkişafın qarşısını alan mühüm amillərdən biri olaraq qeyd olunub. Hesabatlarda yerli əhalinin həyat şəraiti, işsizlik səviyyəsi, təhsil və səhiyyə xidmətlərinə çıxış kimi sahələrdə rast gəlinən çatışmazlıqlar diqqət mərkəzində saxlanılıb.

Bununla yanaşı, diskriminasiya və hüquqi problemlər, yerli xalqların idarəetmədə məhdud iştirakı və hüquqlarının məhdudlaşdırılması məsələsi dərindən araşdırılıb.

Xatırladaq k, BMT Baş Assambleyası 1960-cı il dekabrın 14-də müstəmləkə altında olan xalqların öz müqəddəratını təyinetmə hüququnun təmin edilməsi məqsədilə "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə"ni qəbul edib.

Bu, 1514 (XV) saylı qətnamə kimi tarixə düşmüş və müstəmləkəçiliyin ləğvi üçün vacib beynəlxalq hüquqi sənəddir. Həmin sənəddə müstəmləkəçilik sisteminin xalqların hüquqlarını məhdudlaşdırdığı və beynəlxalq sülh üçün ciddi təhlükə yaratdığı vurğulasa da, təəssüf ki, müstəmləkəçilik və onun doğurduğu ciddi fəsadlar hələ də qalmaqdadır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 Dekabr 2024 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri