BTQ illik genişmiqyaslı hesabatını təqdim edib
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı Təşəbbüs Qrupu (BTQ) illik genişmiqyaslı hesabatını təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, "Oğurlanmış firavanlıq: müstəmləkəçilik dənizaşırı ərazilərdə iqtisadi azadlığı necə boğub" adlı hesabatın təqdimatında bildirilib ki, sənəd kolonializm mövzusunun qloballığı və aktuallığı nəzərə alaraq hazırlanıb.
Hesabat müstəmləkəçilikdən əziyyət çəkən regionların cari çağırışları, sosial-iqtisadi və hüquqi problemlərini özündə əks etdirir.
Diqqətə çatdırılıb ki, hesabatın məqsədi mövzuya dair məlumatlılığı artırmaq, müzakirələrə start vermək və beynəlxalq ictimaiyyəti bu problemlərin həlli istiqamətində birgə fəaliyyətə təşviq etməkdir.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov qeyd edib ki, hesabatda müstəmləkəçilikdən əziyyət çəkən regionlarda ekoloji problemlər, iqtisadi inkişafın ləngidilməsi məsələlərinə xüsusi vurğu edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 14 Dekabr 2024 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















