“Bu, 10% dən çox artım deməkdir”
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Təhsil xərclərinin artırılmasına çalışacağıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“2025-ci ilin icrası ilə müqayisədə 2027-ci ildə təhsilə 479.5 milyon manat daha çox vəsait xərcləyəcəyik. Bu, 10%-dən çox artım deməkdir. Təhsil daim diqqət mərkəzində olan istiqamətdir”, - deyə nazir bildirib.
S.Babayev eyni zamanda əlavə edib ki, siyasi partiyalara ayrılacaq vəsait bir neçə ildir stabil olaraq qalır: “Əgər həqiqətən də istifadə istiqamətləri ilə bağlı təkliflər formalaşacaqsa, bu, baxıla bilən istiqamətdir”.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 04 Noyabr 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















