Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Bu abituriyentlərə güzəşt edilə bilər AÇIQLAMA

Bu abituriyentlərə güzəşt edilə bilər AÇIQLAMA

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünən keçirilən qəbul imtahanında 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, başqasının yerinə imtahana gəlmə halı da aşkar edilib

Qeyd edək ki, qayda pozuntularına yol verənlərin müsabiqə nəticələri ləğv olunur və onlar qəbul imtahanının ikinci cəhdinə də buraxılmırlar.

Maraqlıdır, abituriyentlər nəticəsini bilə-bilə niyə qayda pozmağa yönəlirlər? Qayda pozanlara sonradan güzəşt tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu kimi hallar hər il baş verir.

Onun sözlərinə görə, bu qayda pozuntusunu törədən tələbələrin əksəriyyəti az bal toplayacağını düşünür:

“Bəziləri illərdir ki, müəllimlə hazırlaşır, amma sınaq imtahanlarında pis nəticə toplayır. Düşünür ki, onsuz yaxşı nəticə əldə edə bilməyəcək. Eləsi var ki, tutulmasa , yüksək nəticə əldə edə biləcəyini düşünür. Bəziləri də ağılsızlıqdan bu addımları atır. Lakin abituriyentlər qaydalara əməl etməlidir. Onlar bilməlidir ki, imtahana girişdə DİM tərəfindən operativ yoxlama həyata keçirilir. Abituriyent bütün bunları bilərək yenə də qayda pozmağa çalışırsa, deməli planlanmış işdir”. 


Ekspert qayda pozan abituriyentlərin ikinci cəhdə buraxılmamasından narazılığını dilə gətirib. Ekspert bu şəxslərlə bağlı müəyyən güzəştlərin tətbiq eilə biləcəyini diqqətə çatdırıb:


“Təbii ki, biz bu qaydaları pozanlara qətiyyən bəraət qazandırmırıq. Bu, düzgün deyil, digər abituriyentlətin haqqına girilir. Elə abituriyentlər var ki, onlar öz əzmkarlığı ilə zəhmət çəkib, illərlə oxuyub, bal toplayıb. Qanunsuz vasitələrlə imtahandan müəyyən nəticə əldə etmək istəyənlər onların rəqibləridir.  Qayda pozanlar həmin abituriyentlərin hüquqlarına təcavüz kimi qiymətləndirilə bilər. Hamımız Dövlət İmtahan Mərkəzinin həmin abituriyentlərin imtahanlarının ləğvini alqışlayırıq. Bu addımın qarşısı sərt şəkildə alınmasa, qarşısını almaq çox çətin olacaq. Lakin ikinci cəhdə onların buraxılmaması ilə razılaşmıram.  Onlar 17 yaşlı yeniyetmədir. Biz nə qədər bununla bağlı ictimaiyyətə məlumat versək, desək ki, imtahanda bu qaydalara riayət edin, istər-istəməz 40 min iştirakçının arasından 10 nəfər qayda pozuntusu həyata keçirəcək. Bir abituriyent hər hansısa cəhddə səhv edirsə, onsuz da o imtahanın nəticəsi ləğv olunur, amma ondan sonrakı mərhələlərə buraxılmaması onun Azərbaycan universitetlərinə müraciət edə bilməməsi və tələbə olmaması deməkdir. Bu da gəncin gələcək kariyerasına mənfi təsir edə bilər. Bəlkə də birinci səhvindən dərs çıxarıb ikinci cəhddə etməyəcək. Bu səbəbdən onlara ikinci şansı vermək olar. Abituriyent xaricdə təhsilə yönəlməyəcəksə, ali təhsildən yayınmış hesab olunur”. 

R.Nurəliyev qeyd edib ki, abituriyent elektron cihazı imtahan otağına keçirə bilirsə, burada DİM-in də məsuliyyətsizliyi var. 

Müsahibimiz problemdən çıxış yolunu da təklif edib:

“İş yerlərində və yaxud böyük alış veriş mərkəzlərində istifadə olunan müəyyən elektron cihazları təsbit edən aparatlar var. DİM həmin aparatları imtahan keçirilən inzibati binanın giriş hissəsinə yerləşdirə bilər. Oradan abituriyentlər keçərkən hər hansı bir elektron əşya olduğu təqdirdə təbii ki, təsbit olunub alına və abituriyent elektron cihazı istifadə etmədən birbaşa imtahana buraxıla bilər. Azərbaycanla eyni iqtisadi gücə malik olan ölkələrdə bu imkanlar var. Biz də bunu edə bilərik. Buna təbii ki, müəyyən bir vəsait lazımdır. Amma bu vəsait ödəndikdən sonra illərlə bu aparatlardan Dövlət İmtahan Mərkəzi rahatlıqla istifadə edə biləcək. Hesab edirəm ki, Dövlət İmtahan Mərkəzinin bu aparatları ala bilmə gücü, iqtidarı var. DİM hər qəbul ilində bir blok sınaq imtahanı keçirir. Amma əvvəlki illərdə DİM ildə 7-8 sınaq imtahanı keçirdi. Yenə də sınaq imtahanlarını çoxaldıb ordan gələn vəsaitdən rahatlıqla bu aparatlardan alıb, imtahanın binasının giriş hissəsinə yerləşdirilib, abituriyentlərin imtahana elektron cihazsız girməsini təmin edə bilər”.

Firuzə Əliyeva
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://sfera.az
archiveBu xəbər 26 May 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see515

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see338

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see271

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see261

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see257

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see253

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see243

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see236

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see219

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see216

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see212

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see208

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see204

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see204

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see197

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see196

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see196

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see193

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see189

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri