Bu adalara giriş pullu oldu
News24 saytından alınan məlumata görə, Icma.az bildirir.
Egey dənizində turistlərin, xüsusilə türk qonaqların daha çox səyahət etdiyi adalarda gəzinti bundan sonra pullu olacaq. Ötən ay bu qərar Datçaya yaxın Sömbeki (Simi) adası üçün qəbul edilib. Bundan sonra isə İthaki (Fiaki) və Paksu (Paxos) üçün də bu, keçərli olacaq.
News24.az xəbər verir ki, adaların bələdiyyə rəhbərlərinin məlumatına görə, yayda turistlərin çoxalması infrastrukturun fəaliyyətini ağırlaşdırır. Adaya gələnlərdən alınacaq pul isə zibil yığımı, su təchizatı və tarixi yerlərin qorunması kimi işlərə sərf olunacaq.
Qeyd edək ki, Paksu adasında yayda 240 mindən çox turist olur ki, bu da adanın daimi əhalisindən 90 dəfə çoxdur.
Turizm gəlirlərinin nöyük hissəsi mərkəzi hökumətə gedir, ona görə də yerli idarələr artan xərcləri qarşılamaq üçün turistlərdən kiçik bir giriş haqqı almağın vacib olduğunu vurğulayırlar.
Xeyrənsə Piriyeva
Baxış sayı:104
Bu xəbər 07 Avqust 2025 19:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















