Bu avtobus sürücüsü heç kimi saymır Öz qanunu var VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan avtobus sürücüsünün hərəkətləri kameraya düşüb. Oxuculardan biri tərəfindən qeydə alınan və redaksiyamıza təqdim edilən görüntülərdə "İsuzu" markalı, 99-XH-834 dövlət qeydiyyat nişanlı marşrut avtobusunun sürücüsünün təhlükəli hərəkəti açıq-aydın görünür. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 19-da Heydər Əliyev prospektində baş verib.
Videogörüntüdə avtobus sürücüsünün svetoforun qırmızı işığına məhəl qoymadığı və təhlükəsizlik qaydalarını kobud şəkildə pozduğu əks olunub. Sürücü qırmızı işığın son saniyələrində yolayrıcına daxil olaraq hərəkətinə davam edib. Bu isə həm sərnişinlərin, həm də digər yol hərəkəti iştirakçılarının həyatını ciddi təhlükə altına atıb.
Mütəxəssislər qeyd edirlər ki, svetoforun dayağı qırmızı işığın son saniyələrində keçilsə belə, bu, yol hərəkəti qaydalarının pozulması hesab olunur.
Bu kimi qayda pozuntuları ictimai nəqliyyat sistemində sürücü məsuliyyətinin artırılmasının və nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyini bir daha gündəmə gətirir.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 10 Yanvar 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















