Bu avtobus sürücüsü qoçuluqla məşğuldur: Hamının yolunu kəsir VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yol hərəkəti qaydalarını kobud şəkildə pozan avtobus sürücüsünün görüntüləri sosial şəbəkədə tənqid olunub. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 16-da, paytaxtın Moskva prospektində (20 Yanvar metrostansiyasının yaxınlığında) qeydə alınıb. Belə ki, 90-CD-920 qeydiyyat nişanlı "Setra" markalı avtobusun sürücüsü görüntünü qeydə alan avtomobili sıxışdıraraq ona qəza şəraiti yaradıb. Sürücü təhlükədən yayınmaq üçün qismən avtobus zolağına daxil olmağa məcbur olub. Hadisə zamanı sürücü dəfələrlə səs siqnalı verərək xəbərdarlıq etməyə çalışsa da, o, bu siqnallara məhəl qoymayaraq yoluna davam edib.
Qeyd edək ki, bu, həmin avtobus sürücüsü ilə bağlı yayılan ilk şikayət deyil. Sosial şəbəkə istifadəçilərindən biri də onun haqqında narazılığını bildirib. O qeyd edib ki, sözügedən sürücü Bakı-Sumqayıt yolunda eyni hərəkəti edərək qəza şəraiti yaradıb. Hətta onların arasında kiçik bir mübahisə də düşüb. Lakin sürücü etdiyi hərəkətin yanlış olduğunu qəbul etməyib.
Qeydə alınmış videonu təqdim edirik.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 17 İyun 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















