Bu avtobuslar bir müddət İŞLƏMƏYƏCƏK XƏBƏRDARLIQ
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
“Formula-1 Azərbaycan Qran-Prisi” ilə əlaqədar Bakıda bir sıra müntəzəm və ekspres avtobus marşrutlarının hərəkət sxemində dəyişiklik ediləcək.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, 19 sentyabr saat 21:00-dan 21 sentyabr saat 00:00-dək 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E, H1, 125 və M9 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək. Avtobusların hərəkəti alternativ küçələr üzrə təşkil olunacaq. pizza
Bundan əlavə, 21-26 sentyabr tarixlərində 26 marşrutun hərəkət sxemində dəyişiklik tətbiq ediləcək. Bu müddətdə 1, 2, 4, 20, 46, 88A, 120, 120E, H1, M9, 5, 6, 61, 65, 88, 10, 18, 31, 37, 53, 77, 205, 125, 149, 149E və 195E nömrəli marşrutlar üzrə hərəkət alternativ istiqamətlərdən təşkil ediləcək.
AYNA-nın məlumatına əsasən, 5 və 6 nömrəli marşrutlar iki istiqamət üzrə xidmət göstərəcək. 61, 65, 88 və digər marşrutların isə müəyyən istiqamətlər üzrə son dayanacaq məntəqələri dəyişdiriləcək.
Həmçinin 149 və 149E nömrəli marşrutlar Sahil qəsəbəsindən “Binə” ticarət mərkəzinə (“Lökbatan” NMM), 195E nömrəli marşrut isə Ələt qəsəbəsindən “Binə” ticarət mərkəzinə (“Lökbatan” NMM) qədər fəaliyyət göstərəcək.
Qeyd edək ki, 72 və E1 nömrəli marşrutların fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 19 Sentyabr 2026 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















