Bu avtobuslara kişilər minə bilməz! Yeni qərar
Icma.az, Sherg.az saytına istinadən bildirir.
MƏQSƏD TƏHLÜKƏSİZLİYİ ARTIRMAQDIR
Cənubi Koreyada qadınların gecə saatlarında təhlükəsizliyini artırmaq məqsədilə yeni nəqliyyat təşəbbüsü həyata keçirilib. Bir sıra şəhərlərdə yalnız qadınlar üçün nəzərdə tutulan gecə avtobus marşrutları istifadəyə verilib. Bu avtobuslar adi ictimai nəqliyyatın fəaliyyətini dayandırmasından sonra işləyir və əsasən gecə növbəsində işləyən, dərsdən və ya işdən gec qayıdan qadınlara xidmət göstərir.
Yeni marşrutlar təhlükəsizlik baxımından xüsusi texniki avadanlıqlarla təchiz olunub. Avtobusların salonunda videomüşahidə kameraları, fövqəladə hallar üçün həyəcan düymələri quraşdırılıb. Bundan əlavə, bəzi marşrutlarda çalışan personalın xüsusi təlim keçdiyi və sərnişinlərin təhlükəsizliyi ilə yanaşı, psixoloji rahatlığını da təmin etməyə hazır olduğu bildirilir.
Layihənin əsas məqsədi qadınların gecə saatlarında ictimai nəqliyyatdan istifadə zamanı üzləşə biləcəyi riskləri azaltmaq, onların özlərini daha güvənli hiss etməsini təmin etməkdir. Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 16 Fevral 2026 08:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















