Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Kişilər bu halda boşana bilməz

Kişilər bu halda boşana bilməz

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu yaxınlarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, boşanmaların təşəbbüskarının 70 faizi qadınlardır. Şöbə müdiri deyib ki, qadınlar bu zaman qarşı tərəflə xasiyyətlərinin uyuşmamasını əsas gətirirlər.

Bəs qanunla boşanma necə həyata keçirilir və bu prosesdə tərəflərin hansı hüquqları var?

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, qanunvericiliyə əsasən, nikahın pozulması üçün şəxs məhkəmədən əvvəl mediasiya təşkilatına müraciət etməlidir. Mediator tərəfləri barışdıra bilmədiyi halda isə məhkəməyə üz tutulmalıdır.  

Ailə Məcəlləsinə görə, ər və ya arvad öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir. Həmçinin onlardan birinin və ya hər ikisinin ərizəsi əsasında nikaha xitam verilə bilər.

Tərəflərin yetkinlik yaşına çatmayan uşaqları olduqda, onlardan biri nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmçinin ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən biri boşanmağa razılığı olmadıqda isə məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Bu halda barışıq olmadıqda nikah pozulur.

Hətta yetkinlik yaşına çatmayan uşaqları olan cütlüyün nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, onun səbəbləri məhkəmədə araşdırılmadan nikaha son verilir.

Bu halda məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Ailə Məcəlləsinə görə, bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə müəyyən tədbirlər görməlidir. 

Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra bir il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.

Müəyyən hallarda isə boşanma məhkəməyə müraciət etmədən də mümkündür. Ər-arvadın yetkinlik yaşına çatmayan uşaqları olmadıqda, nikaha onların hər ikisinin razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında (Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri) xitam verilə bilər.

Bundan başqa, tərəflərdən biri məhkəmə qaydasında itkin düşmüş və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə nikaha xitam verilməsi həmin orqanda aparılır. 

Mülkiyyətin bölünməsi, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin və ya arvadın saxlanması üçün vəsait ödənilməsi haqqında, tərəflərdən biri fəaliyyət qabiliyyətli olmadıqda və ya ən azı 3 il müddətinə azadlıqdan məhrum edildikdə, habelə uşaqlar barədə yaranan mübahisələrə müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından asılı olmayaraq məhkəmə qaydasında baxılır.

Nikahın pozulması haqqında şəhadətnaməni alana qədər tərəflər yenidən nikaha daxil ola bilməz. 

Həmçinin ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən şəxs gəlib çıxdıqda məhkəmənin müvafiq qətnamələri ləğv olunmaqla, nikah müvafiq icra hakimiyyəti orqanında onların birgə ərizəsinə əsasən bərpa oluna bilər. Tərəflərdən biri yeni nikaha daxil olduqda isə nikah bərpa oluna bilməz.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Aprel 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see645

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see452

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see319

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see316

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see314

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see301

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see288

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see266

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see256

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see239

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see234

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see223

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see222

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see220

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see218

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see201

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see195

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see192

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see187

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri