Icma.az
close
up
RU
Bu avtomobillər rüsumdan azad olur KONKRET

Bu avtomobillər rüsumdan azad olur KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Raritet (nadir) avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad ediləcək.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Vergi Məcəlləsi və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

İndiyə qədər qüvvədə olan qaydalara əsasən, mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 (qırx) ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilir.

Dəyişikliyə əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcək:

– idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;

– idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.

Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.

Bu qərar sui-istifadə hallarına gətirib çıxarmayacaq ki? Neçə avtomobili ölkəyə gətirmək mümkün olacaq?

KONKRET.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:

“Raritet avtomobillər əsasən nadir avtomobillər sayılır və yeni qərarda qeyd olunur ki, ildə bir ədəd gətirmək olar, həmçinin bu avtomobil orijinal olmalıdır. Bu avtomobildən ölkə daxilində 10 ədəddən çox olmamalıdır. Yəni əgər nadir avtomobildirsə, onun ölkəyə gətirilməsində ixrac zamanı müəyyən rüsumlardan azad olunma tətbiq olunur. Belə avtomobillər kolleksionerləri daha çox maraqlandırır, həmçinin kinematoqrafik cəhətdən də lazım ola bilir. Bəzən filmlər çəkiləndə belə nəqliyyat vasitələrinə ehtiyac olur.

Düşünmürəm ki, burada sui-istifadə halları olsun, çünki orada göstərilib ki, bu nəqliyyat vasitəsi istisna olmaqla, vətəndaşın gətirmək istədiyi raritet avtomobildən ölkə daxilində 10 ədəddən çox olmamalıdır. Məsələn, belə bir sual da meydana çıxa bilər, tutaq ki, sovet istehsalı olan “Jiquli” də raritet avtomobildir. Amma o avtomobildən ölkədə çoxdur. Yəni o, raritet sayılmır. Sayılsa da, bu avtomobilin idxalına hər hansı güzəşt olmayacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Fevral 2026 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see690

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see420

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see251

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see226

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see208

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see197

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see196

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see193

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see191

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see190

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see188

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see187

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see181

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see180

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see179

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see179

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see173

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri