Fiziki və ya əqli məhdudiyyətləri olan uşaqlar Kəpəz in düşərgəsində
sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Məktəbim UAFA Gəncə" təşkilatının yetirmələri "Kəpəz" Məşq Mərkəzi və Futbol Akademiyasında qonaq olublar. Sport24.az xəbər verir ki, görüşdə "Kəpəz"in məşqçi və futbolçu heyəti, rəsmi şəxsləri iştirak ediblər.
Qonaqları səmimi salamlayan əsas komandanın baş məşqçisi Azər Məmmədov onların gəlişinə şad olduqlarını bildirib:
"Bugünkü tədbir həyatımın ən yaxşı, ən yaddaqalan görüşlərindən biridir. Bildirmək istəyirəm ki, siz – gül balalar bizlərdən birisiniz, cəmiyyətimizin layiqli övladlarısınız. "Kəpəz" klubu olaraq, daima sizləri dəstəkləriyik. Sizə diqqət və qayğı göstərmək hamı kimi bizim də borcumuzdur. Sizi məmnuniyyətlə "Kəpəz"in ev oyunlarına dəvət edirik, sizin kimi azarkeşləri tribunalarda görməyə şad olarıq".
"Kəpəz"in futbolçuları və rəsmi şəxsləri də uşaqlara ürək sözlərini çatdırıblar. Öz növbəsində "Məktəbim UAFA Gəncə" təşkilatının rəhbəri Rəzalə Abbasova dəvətə görə minnətdarlığını bildirib. O vurğulayıb ki, belə görüşlərdən sonra fiziki və əqli məhdudiyyətli uşaqlar çox pozitiv olurlar və özlərini cəmiyyətin ayrılmaz hissəsi kimi hiss edirlər.
Daha sonra uşaqlar "Kəpəz" Məşq Mərkəzi və Futbol Akademiyası ilə tanış olublar, Gəncə şəhər stadionuna baş çəkiblər.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Bu mövzuda digər xəbərlər:Kalunqa Kəpəz in düşərgəsində olsa da...
21 İyul 2026 16:46
Qeyridüzgün qidalanma nəticəsində uşaqlar əqli və fiziki inkişafdan geri qalır
16 Noyabr 2024 05:38
“Kəpəz” düşərgəsində fəxri qonaqlar
24 May 2025 18:15
Qeyri düzgün qidalanma nəticəsində uşaqlar əqli və fiziki inkişafdan geri qalır
15 Oktyabr 2026 01:58
Əqli və fiziki qüsurlu uşaqların sayında ARTIM
25 Noyabr 2024 15:43
Baxış sayı:62
Bu xəbər 18 Noyabr 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















