Ağdam Zəfərimizin canlı şahidi ŞƏRH
Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı 1993-cü il 23 iyul tarixində baş vermişdir. 42 gün davam edən döyüşlər rayon ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuşdur. Rayon uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir.
Qeyd olunmalıdır ki, məhz Ağdam erməni işğalı nəticəsində ən çox dağıntılara məruz qoyulmuş rayonlarımızdan biri olub. Təsadüfi deyil ki, rayon işğaldan azad edildikdən sonra bura gələn və erməni vandalizminin nəticələrini görən xarici jurnalistlər Ağdamı Qafqazın Xirosiması adlandırmışlar. Erməni qəsbkarları digər işğal etdikləri ərazilərimizdə olduğu kimi, Ağdamda da qəsdən mədəni və dini abidələrimzi dağıntılara məruz qoymuş, təhqir və qarət etmişlər. Bundan başqa işğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini də kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirir.
Azərbaycan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı II Qarabağ savaşını tarixi Qələbə ilə başa vurduqdan sonra imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Cənab Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu bu medalla ilə təltif olunmuşdur.
Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Həmin bu Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub. Birmənlı olaraq qeyd etməliyik ki, şanlı zəfərimizin əbədiləşdirilməsi məqsədilə verilmiş bu qərar böyük siyasi və mənəvi əhəmiyyət kəsb edir. Çünki Vətən müharibəsindəki parlaq Qələbə bizim şanlı tariximizdir və bu tarix gələcək nəsillərin də yaddaşında mütləq yaşamalıdır.
Bu gün işğaldan azad olunmuş bütün digər ərazilərimiz kimi Ağdam rayonu da sürətlə bərpa edilir. Bərpa işləri 2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında aparılır. Ölkə Prezidenti cənab İlham Əliyevin mütəmadi olaraq Ağdama etdiyi səfərlər burada aparılan işlərin xüsusi diqqət mərkəzində saxlandığından xənər verir. Dövlətimizin başçısı təkcə bu il artıq üç dəfə Ağdama səfər etmişdir. Bu səfərlər çərçivəsində cənab Prezident Ağdam Sənaye Parkında yeni zavodların açılışlarında, İmarət Kompleksinin bərpadan sonra açılışında, “Aghdam City Hotel”in açılışında, “İmarət” stadionunun təməlqoyma mərasimində və onlarla digər mühüm tədbirlərdə şəxsən iştirak etmişdir. Birmənalı olaraq deyə bilərik ki, ən qısa zamanda Ağdamın əvvəlki şöhrəti özünə qaytarılacaq və bu rayon yenidən respublikamızın ən füsunkar bölgələrindən birinə çevriləcək.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 18 Noyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















