Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Bu gün axşam saatlarında Bakıdan İrəvana təyyarənin uçacağı bildirilir.
Modern.az xəbər verir ki, bu barədə “Azadlıq” radiosu “Flightradar24” saytına istinadən məlumat yayıb.
Məlumata görə, Tacikistanın “Somon Air” aviaşirkətinə məxsus “Boeing 737-8GJ” təyyarəsi dünən Düşənbədən Bakıya uçub.
Nəşr qeyd edir ki, Tacikistan Prezidenti və bir sıra digər ölkələrin liderləri Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün dünəndən Bakıya gəlməyə başlayıblar. Lakin sözügedən təyyarə Tacikistan Prezidentinə xidmət göstərmir.
Həmin təyyarənin hansı liderləri Bakıdan İrəvana aparacağı açıqlanmayıb.
Ermənistan da rəsmi nümayəndə heyətlərini qəbul etməyə hazırlaşır. Məlumata görə, COP17 çərçivəsində İrəvanda Liderlər Sammiti keçiriləcək.
Baxış sayı:133
Bu xəbər 15 Oktyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















