Icma.az
close
up
RU
“Bu ayinlərin heç biri İmam Hüseynə xidmət etmir”… İLAHİYYATÇI

“Bu ayinlərin heç biri İmam Hüseynə xidmət etmir”… İLAHİYYATÇI

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məhərrəm ayı ilə bağlı cəmiyyətdə formalaşmış bəzi inanclar və davranış modelləri həm dini, həm də sosial müstəvidə müxtəlif yanaşmalara səbəb olur.

Xüsusilə bu ayda toy, nişan kimi xeyir işlərin keçirilməsinin doğru olub-olmaması mövzusunda fikir ayrılıqları mövcuddur.

Bəziləri bu günləri matəm ayı kimi qəbul edib xeyir işlərdən çəkinməyi doğru sayır, digərləri isə bunun əsassız olduğunu iddia edir.

Bu baxımdan məsələ daima müzakirə mövzusudur.

Görəsən Məhərrəm ayında toy və digər xeyir işlərin keçirilməsinə qadağa qoymaq dini cəhətdən vacibdirmi, yoxsa əsassız bir adətdir?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan ilahiyyatçı Tural İrfan bildirib ki, bu gün də Məhərrəmliklə bağlı formalaşan matəm ənənəsini əsasən İran yaşadır və ixrac edir.

“Məhərrəm ayı matəm ayı deyil. Çünki dini hökmlərin əsas mənbəyi olan Qurani-Kərimdə və Peyğəmbərin hədislərində belə bir əmr və ya tövsiyə yoxdur. Hətta Əhli-Beytin böyük imamları da belə bir göstəriş verməyiblər. Kərbəla şəhidlərinə sağ qalan Əhli-Beyt üzvləri 3 və ya 7 gün yas tutublar. Çünki dinimizdə bundan artığı yoxdur.

İslam dini axirət inancına əsaslanır və ölümü yox, həyatın dəyişməsini qəbul edir. Xüsusən də şəhidlər barədə Quran açıq şəkildə bildirir ki, onlar diri sayılır və Cənnətdədirlər. Belə olan halda, Cənnətə gedən insanlar üçün əsrlərlə yas tutmaq nə Allaha, nə də dinə uyğundur.

Matəm ayinlərinin kökü fars mənşəli Büveyhilər dövrünə gedib çıxır. Onlar siyasi məqsədlərlə digər müsəlmanlardan fərqlənmək və Əhli-Beyt nüfuzundan istifadə etməklə yeni mərasimlər yaratdılar. Bu gün də həmin ənənələri İran davam etdirir və yayır. Əslində bu ayinlərin heç biri İmam Hüseynə xidmət etmir.

Əksinə, dini məzmunlu ibadətlər əvəzinə mərsiyyələr, siyasi xarakterli şüarlar, bayraqlar, plakatlar nümayiş etdirilir. Quran və dua kənarda qalır, emosional çıxışlarla insanlar təsirləndirilir. Həm Məhərrəm, həm də Səfər ayının bir hissəsi bu şəkildə matəmə çevrilir, toy və digər xeyir işlər isə qadağan olunur.

Halbuki İslamda şəhidləri yad etməyin öz qaydaları var. Bu mərasimlər isə əslində Sasanilərin ölü yad etmə ənənələrinin İslama uyğunlaşdırılmış formasıdır” – deyə Tural İrfan vurğulayıb.

İlahiyyatçının fikrincə, şəhadət gününü bir gün anım günü kimi yad etmək, dualar, xütbələr və moizələrlə xatırlamaq olar:

“Lakin xurafata çevrilmiş mərasimlər İmam Hüseynin yoluna və amallarına ziddir. Cəmiyyətimizdə bu məsələ bir çox hallarda dini yox, adət formasında yaşadılır. Necə ki, bəzi insanlar may ayında toy etməyin uğursuzluğa səbəb olacağına inanır — bu da dinlə deyil, adətlə bağlıdır. Peyğəmbər buyurub ki, xeyir işlərə tələsin. El arasında da deyilir ki, “xeyirlə şər qardaşdır”. Əsrlərlə matəmə bürünmək İmam Hüseyni məğlub və ölmüş kimi təqdim etməkdir. Halbuki o mənən qalib gəlib. Quranda da buyurulur ki, şəhidlərə ölü deməyin. Bu, onların diriliyinə işarədir, yəni ağlamaq əvəzinə onları ehtiramla anmaq lazımdır.

Toy, nişan etməyi dayandıranlara da hörmətlə yanaşmaq lazımdır. Dində olmasa da, bəzi insanlar buna inanır. Ancaq əksəriyyət Qurana baxır və öz məntiqini işlədib görür ki, Məhərrəm ayında xeyir işlər etmək, nikah bağlamaq, nişan, toy məclisləri yerinə yetirməyin heç bir qəbahəti yoxdur. Əksinə bəlkə savabdır. Çünki bu ayda Peyğəmbər nəvəsi Cənnətə qədəm qoyub. O məqam ki, orada Peyğəmbərlər məqamı qədər ucadır, mübarəkdir. O şəhid olmadı ki, bizlər matəmə bürünüb ömür boyu yas tutaq. Şəhid oldu ki, müsəlmanlar azad, nikbin, ümidli yaşasınlar”.

İmam Hüseynin şəhadəti bizi yolumuzdan saxlamağa xidmət etmir, əksinə davam etməyə xidmət edir. Peyğəmbər öz yaxınları şəhid olanda əsla matəm elan etməyib. Həmçinin vətən uğrunda şəhid olmuş qəhrəman oğullarımızı da bir ay matəmlə deyil, bir gün anım keçirməklə yad edirik”.

İlahiyyatçı vurğulayıb ki, Peyğəmbər ölü üçün süni şəkildə ağlamağı, matəm elan etməyi və mərsiyyə oxumağı qadağan edib:

“İmam Əli (ə) də bu mövqedə olub. Ona görə də Məhərrəm ayında toy və nişan keçirməyin dini baxımdan heç bir qəbahəti yoxdur. Vaxtilə bəzi istismarçı ruhani təbəqələr bu ayda ələm gəzdirib nəzir toplamaq, məscidlərdə ardıcıl tədbirlər təşkil etməklə cəmiyyətdən maddi və sosial imtiyazlar əldə etməyə çalışıblar. Bu məqsədlə Məhərrəm ayına Səfər ayını da əlavə ediblər. Halbuki bu adətlərin nə Quranda, nə də Peyğəmbərdən gələn hədislərdə dini əsası, mənası və faydası barədə heç bir dəlil yoxdur”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 İyul 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri