Icma.az
close
up
RU
“Bu, Azərbaycanı suyun keyfiyyəti və axını baxımından həssas edir”

“Bu, Azərbaycanı suyun keyfiyyəti və axını baxımından həssas edir”

Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycan digər ölkələr kimi artan tələbat və məhdud resurslar fonunda davamlı su təchizatını təmin etmək üçün çətinliklərlə üzləşir. Bu problemə perspektiv həllərdən biri Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kontekstində dövlət-özəl tərəfdaşlıqların potensialıdır".

Manset.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) müşaviri Əsəd Şirinov Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Su ehtiyatlarının idarə edilməsində  dövlət-özəl tərəfdaşlıqlarının rolu” mövzusundakı panel sessiyada bildirib.

Ə.Şirinov qeyd edib ki, COP29-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi iqlim problemlərinə cavab olaraq “Su və Davamlı İnkişaf”, “Davamlı Su Resurslarının İdarə Edilməsində İnnovativ Yanaşmalar” və duzsuzlaşdırma xüsusilə vurğulanmaqla alternativ su mənbələrinin əhəmiyyətini qabardıb. Onun sözlərinə görə, su qıtlığı qlobal bir problemdir və bir çox ölkəyə təsir edir.

“İqlim dəyişikliyi ilə əlaqədar temperaturun yüksəlməsi, qeyri-müntəzəm yağıntılar və artan buxarlanma Azərbaycanın su ehtiyatlarını daha da azaldır. Azərbaycan yarımsəhra iqlimində yerləşdiyindən məhdud su resurslarına malikdir və əsasən qonşu ölkələrdən (Gürcüstan, Türkiyə, Ermənistan) gələn Kür və Araz çaylarından asılıdır. Bu, Azərbaycanı suyun keyfiyyəti və axını baxımından həssas edir. Dövlət-özəl tərəfdaşlıqları Azərbaycanın su idarəçiliyində dövlət qurumları və özəl şirkətlərin su xidmətlərinin təmini, infrastrukturun yaxşılaşdırılması və davamlı su həllərinin həyata keçirilməsi üçün birgə çalışdığı bir yanaşmadır. Bu model, qlobal səviyyədə su qıtlığının, köhnəlmiş infrastrukturun və iqlim dəyişikliyinin artırdığı tələbatla daha da aktuallaşıb”, - deyə Ə.Şirinov vurğulayıb.

Onun sözlərinə görə, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi Azərbaycanın su qıtlığı problemini həll etmək məqsədini daşıyan irimiqyaslı təşəbbüsdür. Layihənin əsas məqsədi Xəzər dənizinin duzlu suyunu qabaqcıl duzsuzlaşdırma texnologiyaları vasitəsilə içməli suya çevirməkdir: “Dövlət-özəl tərəfdaşlıqları Azərbaycanın su qıtlığı problemini həll etmək üçün əhəmiyyətli bir həll yolu ola bilər. Düzgün planlaşdırma, güclü tənzimləmə çərçivələri və icmanın iştirakı ilə DÖT-lərin üstünlüklərini maksimuma çatdırmaq mümkündür”.

Daha sonra İstanbul dövlət-özəl tərəfdaşlıq komitəsinin sədri Eyüp Vural Aydın, AİB-nin Mərkəzi və Qərbi Asiya Departamentinin Özəl Sektorun İnkişafı üzrə Regional Rəhbəri Enriko Pinali, Azərbaycan İqtisadiyyat Nazirliyinin Layihə idarəetmə şöbəsinin müdiri Zamir Dibirov çıxış edərək bildiriblər ki, dünyada su ehtiyatları gedərək azalır. Dünyada 1 milyarda yaxın insanın təmiz su ehtiyacının qarşılanmadığını deyən tədbir iştirakçıları qeyd ediblər ki, mövcud resurslardan ağıllı istifadə etmək lazımdır. Qeyd olunub ki, dövlət-özəl tərəfdaşlıqları ötən il Özbəkistanda su resursları üçün 5 milyard dollara yaxın investisiya qoyub. Əlavə olunub ki, su probleminin həlli üçün özəl maliyyələşməyə ehtiyac var. İştirakçılar qeyd ediblər ki, 10-15 il ərzində bir çox ölkələrdə su problemləri yaşanacaq.

Sonda panel sessiya müzakirələrlə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 20 Noyabr 2024 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri