Icma.az
close
up
RU
Bu, Azərbaycanın bölgədəki siyasi nüfuzunu və liderlik rolunu artırır Deputat

Bu, Azərbaycanın bölgədəki siyasi nüfuzunu və liderlik rolunu artırır Deputat

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"8 noyabr 2020-ci il tarixində İkinci Qarabağ müharibəsində əldə edilən möhtəşəm Qələbə Azərbaycan üçün təkcə ərazi bütövlüyünün bərpasını deyil, həm də ölkənin siyasi imicini möhkəmləndirən bir dönüş nöqtəsi oldu. Zəfər Azərbaycan xalqını və dövlətini birləşdirən mühüm bir simvola çevrildi. Bu Qələbə ölkədə milli birliyi möhkəmləndirdi. Prezident İlham Əliyevin Liderliyi ilə qazanılan bu uğur yeni nailiyyətlərə yol açdı".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Asif Əsgərov deyib. 

Onun sözlərinə görə, Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə beynəlxalq hüquqa sadiqliyini sübut etdi:

"Qələbə Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirdi. Rəşadətli ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə beynəlxalq hüquqa sadiqliyini sübut etdi və bu, Azərbaycanın haqq işini dəstəkləyən dövlətlərin sayının artmasına səbəb oldu. Bu siyasi uğur Azərbaycanı regionda güclü və söz sahibi ölkə kimi təsdiqlədi. Azərbaycan sülh prosesinə üstünlük verərək diplomatik həll yolları təklif edir və bu, həm regionda, həm də beynəlxalq səviyyədə müsbət qarşılanır.

Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq Zəfər Günündən sonra daha da gücləndi. Bu qardaşlıq münasibətləri digər türk ölkələri ilə əlaqələrin inkişafına da təkan verdi. Azərbaycanın Qələbəsi türk dünyasında birlik və əməkdaşlıq ruhunu gücləndirdi və Türk Dövlətləri Təşkilatı daxilində ölkəmizin mövqeyini daha da möhkəmləndirdi. Qələbə Cənubi Qafqazda yeni bir siyasi reallıq yaratdı. Azərbaycan sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir. Bu da Azərbaycanın bölgədəki siyasi nüfuzunu və liderlik rolunu artırır.

Qarabağın işğaldan azad olunması müsəlman ölkələri arasında da Azərbaycana böyük dəstək və hörmət qazandırdı. Müsəlman ölkələri Qarabağın azad edilməsini İslam irsinə qayğı kimi dəyərləndirir və Azərbaycanın İslam dünyasında mövqeyi möhkəmlənir. Nəticə olaraq, Zəfər Azərbaycanın siyasi nüfuzunun artmasına, beynəlxalq əlaqələrinin genişlənməsinə və regional sabitliyin təmin edilməsinə əhəmiyyətli töhfə verən tarixi hadisədir.

10 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli Bəyanatın strateji əhəmiyyəti Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən başlayaraq, Cənubi Qafqazda yeni təhlükəsizlik və iqtisadi nizamın formalaşmasına qədər uzanan genişmiqyaslı təsirləri əhatə edir. Bəyanat regional güc balansını dəyişdirərək strateji mövqeləri yenidən müəyyənləşdirdi və bölgədə yeni bir əməkdaşlıq çərçivəsi yaratdı. Üçtərəfli Bəyanat həm Azərbaycana, həm də regiondakı digər ölkələrə hərbi risklərin azalması və təhlükəsizlik mühitinin yaxşılaşması baxımından strateji imkanlar qazandırır.

Bəyanat, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur. Bu dəhliz, Azərbaycanla Türkiyə arasında birbaşa əlaqəni təmin etməklə yanaşı, bölgədə yeni nəqliyyat marşrutları yaradır və Cənubi Qafqazı Avrasiya ticarət yollarının vacib mərkəzlərindən birinə çevirir. Bu marşrutlar Çin, Orta Asiya və Avropa arasında əlaqələri asanlaşdıraraq Azərbaycanın tranzit potensialını artırır. Bu əməkdaşlıq, Azərbaycanın müttəfiqləri ilə daha da sıx əlaqələr qurmasını təmin edir və onun regional təhlükəsizlik strukturlarında rolunu gücləndirir.

Bəyanat həm də regionda iqtisadi inteqrasiya üçün yeni imkanlar yaradır. Bu, Cənubi Qafqazda yeni əməkdaşlıq modellərinin inkişafına və hər üç ölkə üçün strateji əhəmiyyətli iqtisadi fayda təmin olunmasına şərait yaradır.

Cənubi Qafqazda yeni geosiyasi nizam yaranmaqdadır. Bu nizam regionda uzunmüddətli sülhün təmin edilməsinə və yeni əməkdaşlıq platformalarının qurulmasına şərait yaradır". 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Noyabr 2024 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri