Icma.az
close
up
RU
Bu, Bakı ilə Ankaranın birlikdə yeni zirvələr fəth etmək iradəsini göstərir Deputat

Bu, Bakı ilə Ankaranın birlikdə yeni zirvələr fəth etmək iradəsini göstərir Deputat

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

“Azərbaycan müstəqil dövlət olaraq davamlı olaraq inkişaf edir, yeni –yeni nailiyyətlərə imza atır. Nailiyyətlərimizin zirvəsində isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasıdır. Postmüharibə mərhələsində Azərbaycan həm şanlı Qələbənin siyasi-diplomatik müstəvidə gücləndirilməsi, həm ikitərəfli və çoxşaxəli münasibətlərin genişləndirilməsi, həm də regionda təhlükəsizlik mühitinin möhkəmləndirilməsi üçün önəmli addımlar atır. Belə strateji fəaliyyətin nəticələrindən biri də dörd il əvvəl – 15 iyun 2021-ci il tarixində qardaş Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsinin imzalanmasıdır”.

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Qars müqaviləsindən 100 il sonra iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsində bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı ilə əlaqədar aydın strateji niyyət ifadə olunub. Ən əsası, Bəyannamə Azərbaycan ilə Türkiyə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsini təmin edib. Sənədə əsasən, tərəfdaşlıq əlaqələri iqtisadi, siyasi, mədəni, humanitar və digər istiqamətlərlə yanaşı, hərbi-strateji sahəni də ehtiva edir. Bu isə iki dövlətin milli təhlükəsizliyinin təmin olunması üçün ortaq siyasi iradənin sərgilənməsi – birgə strateji fəaliyyətin həyata keçirilməsidir. Bəyannamədə vurğulanıb ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu, olduqca vacib məqam və prinsipial məsələdir.

Sənədin imzalanması mərasimində çıxışı zamanı Prezident İlham Əliyev “Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu Bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq”,- deyə vurğulayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan isə Şuşa Bəyannaməsi ilə əlaqələrin yeni dövrdəki yol xəritəsinin müəyyənləşdirildiyini söyləyib: “Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”.

“Bu gün Azərbaycan ilə Türkiyə arasında münasibətlər həm çoxşaxəli, həm də ən yüksək zirvədədir. Tərəflər beynəlxalq arenada bir-birinin maraqlarını, mənafelərini qətiyyətlə müdafiə edirlər. Xüsusilə də, suverenlik və ərazi bütövlüyünün qorunması məsələsində Bakı ilə Ankara ortaq mövqedən çıxış edir. Regionda yeni geosiyasi nizam isə məhz Azərbaycan və Türkiyənin aparıcı mövqeyi fonunda formalaşır. Bu sənəd Azərbaycan ilə Türkiyənin birlikdə hərəkət edərək yeni nailiyyətlər qazanmaq – yeni zirvələr fəth etmək iradəsini, əzmini və qüdrətini göstərir. Dünya bir daha Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin sarsılmazlığını görür. Biz isə dünyaya birlikdə güclü olduğumuzu nümayiş etdiririk. Biz bir millətin iki dövləti olan Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığı ilə qürur duyuruq!”, - deyə millət vəkili vurğulayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 İyun 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri