Bu bazarlarda monitorinqlər aparıldı Nöqsanlar aşkarlandı (VİDEO)
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Tərtər, Qusar və Bərdə rayonlarında fəaliyyət göstərən ərzaq bazarlarında monitorinqlər həyata keçirilib.
Agentlikdən "Unikal"a verilən məlumata görə, aparılan nəzarət tədbirləri zamanı satış məntəqələrində bir sıra nöqsanlar aşkarlanıb.
Belə ki, bazar ərazilərində çalışan işçilərin qida təhlükəsizliyi standartlarına uyğun xüsusi geyimlərlə tam təmin edilmədiyi müəyyən olunub. Süd və süd məhsullarının satışı bölmələrində soyuducu avadanlıqların yetərsiz olduğu, bu məhsulların ekspertiza aktları və daşınma sənədləri təqdim edilmədən satışa çıxarıldığı qeydə alınıb.
Bununla yanaşı, toyuq və balıq məhsullarının üstü açıq şəkildə, xarici təsirlərə məruz qalan formada satıldığı, sənədlərinin olmadığı müəyyən edilib. Bəzi satış obyektlərində mənşəyi məlum olmayan turşu növlərinin satışı da aşkarlanıb.
Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün bazar sahiblərinə müvafiq göstərişlər verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 08 Dekabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















