Bu, çox ağıllı strategiyadır, Rusiya belə zəifləyir
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın ən böyük onlayn marketpleyslərindən biri olan “Wildberries”in logistika infrastrukturuna Ukraynanın endirdiyi zərbələr Rusiya üçün neft emalı zavodlarına hücumlar qədər ağır iqtisadi nəticələrə səbəb ola bilər.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Sun” nəşri yazıb.
Nəşrin məlumatına görə, son günlər Ukrayna pilotsuz uçuş aparatları Rusiyanın müxtəlif bölgələrində “Wildberries” şirkətinə məxsus bir neçə logistika kompleksinə zərər vurub və ya onları məhv edib:
“Bu hücumlar yalnız iri şirkətə ziyan vurmaqla kifayətlənməyib, həm də marketpleysdən asılı olan Rusiyadakı çoxsaylı kiçik bizneslərin fəaliyyətini pozub və ölkə üzrə gündəlik ticarətdə problemlər yaradıb”.
Nəşrə açıqlama verən ekspertlər hesab edirlər ki, yeni taktikanın yalnız hərbi deyil, həm də psixoloji təsiri var.
“Ukraynalılar fövqəladə və gözlənilməz uğur əldə ediblər və bu, addım-addım rejimə dəstəyi zəiflədir”, – britaniyalı ekspert Mark Qaleotti bildirib.
Nəşrin sözlərinə istinad etdiyi analitik Natia Seskuria isə bu kampaniyanı Ukraynanın strategiyasında yeni mərhələ adlandırıb. Onun qiymətləndirməsinə görə, logistika mərkəzlərinə zərbələr sıravi rusiyalıların gündəlik həyatına ciddi təsir göstərə bilər.
“Bu, Ukrayna tərəfindən çox ağıllı strategiyadır. Bu, Rusiyadakı ailələrə əhəmiyyətli təsir göstərəcək”, – deyə o bildirib.
Baxış sayı:192
Bu xəbər 26 İyul 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















