Icma.az
close
up
RU
Bu cür təşəbbüslər sadəcə şou xarakteri daşıyır EKOLOQ DANIŞDI

Bu cür təşəbbüslər sadəcə şou xarakteri daşıyır EKOLOQ DANIŞDI

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Plastikdən imtina real nəticə verə bilər, lakin bu, tədbirin miqyasından və ona yanaşmanın ciddiliyindən asılıdır". Bu sözləri SİA-ya açıqlamasında ekoloq, Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar deyib.

O bildirib ki, bu məsələnin həm müsbət, həm də tənqid olunan mənfi tərəfləri mövcuddur: "Plastik tullantıların azaldılması, xüsusilə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsulların – məsələn, torbalar, butulkalar, qab-qacaq və digər əşyaların istifadəsinin məhdudlaşdırılması – ətraf mühitin çirklənməsinin qarşısının alınmasında mühüm rol oynaya bilər. Bu cür plastiklər istifadədən dərhal sonra atıldığından təbiətə ciddi zərər yetirir. Əgər ətraf mühitin çirklənməsinin qarşısını almaq istəyiriksə, bu sahədə qlobal səviyyədə addımlar atılmalı, həm istehsalda, həm də istehlakda dəyişikliklər edilməlidir. Tam imtina mümkün deyilsə belə, bu məhsulların istehsal və istifadəsinin azaldılması mütləq faydalı olacaq. Xüsusilə çayların, dənizlərin və okeanların qorunması baxımından plastiklərin miqdarının azaldılması mühüm əhəmiyyət daşıyır.

Plastik tullantıların azaldılması eyni zamanda dəniz canlılarının həyatını qorumaqla, insan sağlamlığına da dolayı şəkildə müsbət təsir göstərər. Bundan əlavə, plastiklərdən istifadənin azaldılması enerji və təbii resurslara – xüsusilə də neftə və neft məhsullarına qənaət baxımından da əhəmiyyətlidir. Bununla yanaşı, bu proses insanların ekoloji düşüncəsinin və şüurunun artmasına da xidmət edər. İnsanlar plastikdən imtina etdikcə ətraf mühitə münasibətləri dəyişir və bu dəyişiklik onların həyat tərzinə də təsir edir. Bu istiqamətdə aparılan maarifləndirmə və tətbiq olunan tədbirlər insanlarda müsbət psixoloji dönüş yarada bilər – nəticədə kompostlama, təkrar istifadə, alış-veriş vərdişlərinin dəyişməsi kimi faydalı davranışlar formalaşır. Lakin bu məsələnin tənqidi tərəfləri də var. Bəzən bu cür təşəbbüslər sadəcə şou xarakteri daşıyır. Məsələn, hər hansı bir tədbirdə plastik stəkanın əvəzinə kağız stəkanın verilməsi sistemli dəyişiklik anlamına gəlmir. Bu cür simvolik addımlar cəmiyyət tərəfindən səmimiyyətsiz şou cəhdləri kimi qarşılanır və nəticədə ətraf mühitlə bağlı təşəbbüslərə güvən azalır. Əgər böyük sənaye müəssisələri hələ də böyük miqyasda plastik istehsalını davam etdirirsə, fərdi səylər təbii ki, simvolik və effektsiz görünür. Bu da cəmiyyətdə belə təşəbbüslərə qarşı “etinasızlıq effekti” yaradır.

Digər tərəfdən, plastiklərin alternativ materiallarla əvəz olunması da bəzən düşündüyümüz qədər faydalı olmur. Məsələn, kağız stəkanlar və torbalar təklif olunur, lakin onların da istehsalı ətraf mühitə az ziyan vurmur. Kağız ağacdan hazırlanır və ağacların kəsilməsi təbiətə böyük zərər vurur. Bununla yanaşı, kağız istehsalı zamanı xeyli su sərf olunur, çirkab sular ətraf mühitə buraxılır. Yəni kağız sənayesi də ekologiya baxımından təmiz bir sahə deyil. Bu səbəbdən, plastik torbaların kağızla əvəz olunması təklifi də hər zaman effektiv və düzgün seçim deyil. Təəssüf ki, bəzi şirkətlər "plastiksiz kampaniya" adı altında öz imiclərini yaxşılaşdırmaq məqsədi güdürlər, lakin real addımlar atmırlar. Məsələn, ölkəmizdə yaxın vaxtlarda plastik torbaların istifadəsində müəyyən dəyişiklik edilib – əvvəl pulsuz verilən torbalar indi ödənişli şəkildə təqdim olunur. Lakin bu tədbirin ciddi effekti hiss olunmadı. Əksinə, ticarət obyektləri bu torbaları əlavə gəlir mənbəyinə çevirdilər. Nəticədə plastik torbaların istifadəsi azalmadı, sadəcə kommersiya məqsədinə yönəldi. Bütün bunları nəzərə alaraq demək olar ki, plastikdən imtina yalnız fərdi səylərlə deyil, sistemli və davamlı dövlət siyasəti, qlobal təşəbbüslər və effektiv alternativlərin tətbiqi ilə həyata keçirildikdə real nəticə verə bilər. Əks halda, bu cür təşəbbüslər sadəcə görüntü və kampaniya xarakterli olaraq qalacaq.

Müəllif: Günel Rəşadqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 İyul 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri