Icma.az
close
up
RU
Bu cür yatmaq TƏHLÜKƏLİDİR Əllər uyuşur

Bu cür yatmaq TƏHLÜKƏLİDİR Əllər uyuşur

Icma.az bildirir, Lent az portalına istinadən.

Əgər hər səhər özünüzü pis hiss edir, barmaqlarınızda yüngül keyimə və ya sancı, çiyinlərinizdə isə gərginlik müşahidə edirsinizsə, səbəb yataq pozanız ola bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, insanlar çox vaxt nə baş verdiyini anlamırlar: rahat şəkildə yatsalar da, gecənin ortasında, təxminən saat 3-də əlləri öz-özünə yumruq halına gəlir.

Əllərin bükülü vəziyyətdə, sinəyə doğru sıxılmış şəkildə olması sosial şəbəkələrdə “tirannozavr pozası” adlandırılıb. Həkimlər bu termindən istifadə etməsələr də, xəbərdarlıq edirlər: əgər bu vərdiş hər gecə təkrarlanarsa, müvəqqəti keyimə gələcəkdə uzunmüddətli sinir zədələnməsinə çevrilə bilər.

Yuxu zamanı əllərin yanlış vəziyyəti nə edir?

Yuxu üzrə mütəxəssis və Sleepopolisin baş tibbi məsləhətçisi, doktor Rac Dasqupta izah edir: “Əllər bükülü vəziyyətdə və bədənə sıxıldıqda, dirsək və ya bilək nahiyəsində sinirlərə təzyiq artır. Bu isə qan dövranını zəiflədir, keyimə və sancı yaradır. Həmin pozada tez-tez yatmaq çiyinlərin gərginləşməsinə və ağrıya da səbəb ola bilər”.

Ortoped Metyu Bennett bildirir ki, bəzi insanlarda biləkdə sinir qıcıqlanması karpal tunel sindromuna bənzər vəziyyət yaradır. Gecə boyu dirsəklərin bükülü qalması sinirlərin dar zonalardan keçdiyi hissələrdə təzyiqi artırır. Məlum olub ki, bu hal çox geniş yayılıb və zaman keçdikcə daha da ağırlaşa bilər.

Fizioterapevt Kiran Şeridan öz praktikasında bu cür şikayətlərin tez-tez rast gəldiyini deyir. Pasiyentlər səhərlər əllərin keyiməsi və ya onları uzun müddət masaj etməyə ehtiyac duyduqlarını bildirirlər. “Oyanışda hiss etdiyiniz bu əlamət bədəninizin sinir sistemində problemlər olduğunu göstərir”, – o vurğulayıb.

Hansı hallarda həkimə müraciət etmək lazımdır

Dasqupta xəbərdarlıq edir: “Əgər hər gecə əlləriniz və ya barmaqlarınız keyiyirsə, bu hiss uzun müddət keçmirsə və gün ərzində əllərdə zəifləmə hiss olunursa, mütləq həkimə müraciət edin”.

Təhlükəli əlamətlərə əl və ya barmaqda qəfil ağrılar, əşyaları saxlamaqda çətinlik, telefonun tez-tez əldən düşməsi daxildir. Həkimlər bildirirlər ki, bu hallar sadə narahatlıq və ya səliqəsizlik deyil, bədən beləliklə problemlərə siqnal verir.

Bennett əlavə edir ki, əlamətlər tez-tez təkrarlanmağa başlayırsa, mütləq müayinədən keçmək lazımdır: “Əksər hallarda bu vəziyyət müalicəyə yaxşı cavab verir və erkən konservativ müalicə ilə tam düzəlir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Noyabr 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri