Bu, daha sonra İrana qarşı istifadə ediləcək Lavrov
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazı üzrə gəmiçiliyin güc tətbiqi ilə bərpasına yönəlmiş təşəbbüsləri tənqid edib.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Onun sözlərinə görə, bu addım regionda münaqişənin sülh yolu ilə həlli şanslarını artırmayacaq.
Lavrov bildirib ki, qətnamə qəbul edilərsə, daha sonra İrana qarşı aqressiyanı qanuniləşdirmək üçün istifadə ediləcək.
Qeyd edək ki, Bəhreyn tərəfindən digər Fars körfəzi ölkələri və İordaniyanın dəstəyi ilə təklif edilən BMT Təhlükəsizlik Şurası qətnaməsi, Hörmüz boğazından tranzit keçidin təmin edilməsi üçün bir sıra müdafiə tədbirlərini nəzərdə tutur.
Daha öncə “Nyu York Tayms” nəşri Rusiya, Çin və Fransanın BMT-nin Hörmüz boğazında güc tətbiqinə icazə verən planın qəbuluna qarşı çıxdığı xəbərini yayıb.
Baxış sayı:143
Bu xəbər 04 Aprel 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















